Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda iki iri bank birləşir

Baxılıb: 6165     Tarix: 03-11-2017 15:03   
Azərbaycanda iki iri bank birləşir
Yaxın saatlarda "AFB Bank” və "Bank of Baku”nun səhmdarlarının bu bankların birləşməsi barədə qərar qəbul edəcəyi gözlənilir.
FED.az-ın bank sektorundan əldə etdiyi məlumata görə, birləşmənin səbəbi "Bank of Baku”nun maliyyə vəziyyətinin pis olması və bankın kapitalının tələbə cavab verməməsidir.

Belə ki, 2017-ci ilin əvvəlindən indiyədək bankın kapitalı 44,4% azalaraq, ilk 9 ayın nəticələrinə görə, 40,5 mln. manata enib. Bu da banklar üçün nəzərdə tutulan tələb həddindən (50 milyon manat) azdır. Maliyyə Bazarlarına Nəzarət Palatası bankın səhmdarlarından kapital tələbini yerinə yetirməyi tələb edir, ikinci yol isə bankın digər banka birləşdirilməsidir.

Bu dövrdə bankın digər əsas göstəricilərində də azalma müşahidə edilir. "Bank of Baku” 2017-ci ilin ilk 9 ayını 31,8 milyon manat xalis zərərlə başa vurub. Bankın aktivləri 21,1%, kredit portfeli 22% azalıb.

Palatanın tələblərini nəzərə alan bankın təsisçiləri konsolidasiya qərarı veriblər. Bu məsələ "Bank of Baku”ya təsisçiləri baxımından daha yaxın olan "AFB Bank"la müzakirə edilir. Birləşmə barədə qərarın bu həftənin sonunadək, yəni yaxın saatlarda verilməsi gözlənilir.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər