Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Payızda bahalaşma davam edəcək - Bu məhsulların qiyməti qalxacaq

Baxılıb: 469     Tarix: 05-09-2017 17:30   
Payızda bahalaşma davam edəcək

2017-ci ilin fevral ayından etibarən milli valyutanın məzənnəsi stabilləşsə də, istehlak bazarında bahalaşma sürətlə davam edir.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu modern.az-a deyib ki, bahalaşmanın ciddi təsirlərindən biri ölkənin istehlak bazarında idxal malların üstünlük təşkil etməsidir:

"Daxili bazara gətirilən malların qiymətinə manatın məzənnəsinin dəyişikliyilə yanaşı, həmin ölkələrdə malın özünün bahalaşması, daşınma xərcləri də təsir göstərir. Bu baxımdan idxal mallar üçün əsas qiymətartırıcı faktor bundan ibarətdir. Amma ümumi qiymət səviyyəsi qalxanda bazarda bütün növ məhsul və xidmətlərə təsir göstərir.

Azərbaycanda yanacağın, elektrik enerjisinin, qazın, suyun qiyməti qalxıb. Eyni zamanda, xidmət bazarında qiymət artımı var. Mövsümün təsirilə bahalaşma davam edir. Ət bahalaşır, onunla əlaqədar yağ bahalaşır. Bu, bütövlükdə bazarların qarşılıqlı əlaqəsini göstərir. Əgər bazarda ətin qiyməti qalxıbsa, yağ da, süd də bahalaşır. Bunların hamısı heyvandarlıq məhsulu olduğuna görə qiymətlər də ona uyğunlaşdırılır”.

Ekspert bildirib ki, ümumilikdə bahalaşma qaçılmazdır:

"Növbəti dövrdə payız mövsümü ilə əlaqədar qiymətartırıcı faktorlar daha çox üstünlük təşkil edəcək. Tələbatın artması ilə qazın, işığın yüksək tariflərlə ödənilməsi əhalinin büdcəsinə mənfi təsir göstərəcək. Bu da bütövlükdə sosial vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq. Qiymət artımın qarşısını almaq üçün ölkədəki inhisarçı fəaliyyətə son qoymaq, sahibkarlar üçün daha münbit şərait yaratmaq lazımdır”.

Mütəxəssis "Aİ-98-super” markalı benzinin qiymətinin bahalaşmasına da münsaibət bildirib:

"Bu markalı benzin idxal benzindir. Onun bahalaşması sadaladığım amillərlə bağlıdır. Qaldı ki, "Aİ-92” markalı benzinin növbəti dəfə bahalaşmasına, bu, Tarif Şurasının qərarı ilə mümkündür. Mən düşünürəm ki, bundan əvvəl dizel yanacağının bahalaşacağı müşahidə olunacaq. Yəni dizelin bahalaşması daha realdır, nəninki "Aİ-92” markalı benzinin”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər