Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Ukrayna 37 min ton Azərbaycan neftini satışa çıxarır

Baxılıb: 468     Tarix: 04-09-2017 15:30   
 Ukrayna 37 min ton Azərbaycan neftini satışa çıxarır
Bu ay ərzində “Ukrtransnafta” Kremençuq Neft Emalı Zavodunda (NEZ) saxlanılan 37 min ton həcmindəki “Azeri Light” markalı neftin hamısını satışa çıxarmağı planlaşdırır.
Bu barədə “Enkorr” saytına “Ukrtransnafta” şirkətinin baş direktorunun I müavini Andrey Pasişnik bildirib.
“Hazırda Kremençuq zavodunda 37 min ton “Azeri Light” markalı əmtəə nefti saxlanılır. Səhmdarların yığıncağında alınan qərara əsasən bu həcmi satmalıyıq. Bütün həcmin sentyabr ayı ərzində satışa çıxarılması nəzərdə tutulur. Buna görə də hər həftə 12 min, 12 min, 13 min ton olmaqla bütün həcmi birjaya çıxarmağı planlaşdırırıq”, – o qeyd edib.
Məlumata görə, sentyabrın 5-i üçün nəzərdə tutulan ticarət bülletenində qeyd edilib ki, “Ukrtransnafta” Ukrayna Energetika Birjasında “Azeri Light” markalı 12 min ton nefti satışa çıxarıb. Hərracın əvvəlki kimi diferensial rejimdə keçirilməsi gözlənilir. Həcm 2 min və 10 min ton olmaqla iki lota bölünüb. Azərbaycan nefti Kaqamlık dəmiryolu stansiyasında (Kremençuq Neft Emalı Zavodu) FCA (Free Carrier) şərtləri ilə satılır. Resurs sentyabrın 14-dən oktyabrın 14-dək daşınacaq.
Qeyd edək ki, “Ukrtransnafta” şirkəti Ukraynada neft nəqliyyat sisteminin operatorudur.azərbaycan24

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər