Xəbər xətti
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Bakıda başlayıb Qarabağda davam edən müttəfiqlik - Şuşada imzalanan Bəyannamə

Baxılıb: 355     Tarix: 15-09-2021 15:26   
Bakıda başlayıb Qarabağda davam edən müttəfiqlik - Şuşada imzalanan Bəyannamə


Sentyabrın 15-i Azərbaycan və Türkiyə tarixinin möhtəşəm günlərindən biridir.

Sumqayitfakt.Az xəbər verir ki, indi olduğu kimi, 103 il əvvəl "bir millət, iki dövlət" özünü təsdiqlədi. Yenicə qurulan Azərbaycan Xalq Cümhuriyyətinə qardaş Osmanlı dövləti yardım etdi.

Deməli, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilsə də, bu milli dövlətin quruculuğu əsasən sentyabrın 15-dən sonra başlayıb. Nuru Paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə 1918-ci il avqustun 26-dan sentyabrın 14-dək bolşevik-daşnak-Bakı Soveti qüvvələri arasında Bakı uğrunda döyüş olub. Sonradan döyüşə Böyük Britaniya, Ermənistan və Rusiya qüvvələri də qoşulub və bu savaş Qafqaz kampaniyasının son döyüşü olub. Nəticədə Bakı bölşevik-daşnak-Bakı sovetindən, Sentrokaspi diktaturasından azad edilmişdi. Bundan sonra Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunmuşdu. Ancaq Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Ermənistan-Azərbaycan müharibəsi ilə davam etmişdi.



Əslində, Ermənistan və havadarlarının 103 il əvvəl Azərbaycana qarşı birgə başladıqları işğalçı müharibə SSRİ dağılandan sonra da davam edib. Respublika torpaqları 30 ilə yaxın onların işğalı altında olub. Bu işğala 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüşlərlə son qoyulub. Ermənistan noyabrın 10-da kapituliyasiya haqqında bəyanatı imzalayıb. Bu müddət ərzində Türkiyə və başqa müttəfiqlərinin Azərbaycanın haqqı işini, ədalətli müharibəsini dəstəkləməsi tarixin 102 il əvvəlki hadisələrinə oxşayırdı. O vaxtkı Osmanlının və Azərbaycan Xalq Cümhuriyyətinin başlıca düşmənləri dəyişməmişdi. Bu düşmənçilikdə baş rolu oynayanlar öz ampulualarında idi. Ermənistan, erməni lobbisi və havadarları da 100 ildən artıqdır hay-küy salmaqda davam edirlər. 44 günlük Vətən müharibəsi onların əzbərlədikləri mətni kökündən dəyişdi. 102 il əvvəl Bakı döyüşündə Osmanlı və AXC-yə uduzanlar 2020-ci il noyabrın 10-da Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlarında yenə bu birliyə məğlub oldular. Ermənistanın kapituliyasiyaya imza atması həm də onun havadarlarına Azərbaycanla Türkiyənin cavabı idi. Bu birlik dünyaya sübut etdi ki, rergionda sülh, sabitlik və təhlükəsizliyi Ermənistanla havadarları pozur.



Yeri gəlmişkən, 2018-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram etdi. Həmin gün “Bir millət, iki dövlət” kəlamının əksi, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmazlığı, əbədiliyi bir daha sübuta yetirildi. Azərbaycan paytaxtında, Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirildi. Həmin təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak ediblər.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edib: “Əziz dostlar, bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir. Yüz il bundan əvvəl Nuru paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi. Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır. Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır”.



Dövlət başçısı başqa tədbirlərdə olduğu kimi, paraddakı çıxışında da iki ölkə arasında bütün iqtisadi, mədəni, nəqliyyat, energetika və s. sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulamışdı. İlham Əliyev o vaxt işğal altında olan Azərbaycan torpaqlarının azad ediləcəyinə inandığını əminliklə vurğulamışdı: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərmişdir. Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır". Prezident bununla Azərbaycan-Türkiyə münasibətlərinin bütün vaxtlarda yüksək səviyyədə olduğunu açıqlamışdı.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında iki dövlətin birliyindən, münasibətlərin sarsılmazlığından, Bakının azad edilməsinin tarixi əhəmiyyətindən bəhs edib. Həmin çıxışdan bəzi məqamları diqqətinizə çatdırmaq istərdik: “Biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik. Türkiyə Azərbaycan uğrunda 1 132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik. 1918-ci il sentyabrın 15-də hazırda yaşadığımız ərazilərdə baş verən müharibə, əsla, adi bir hadisə deyil. Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir. Tarixi bilmədən, bir əsr əvvəl Nuru paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən Azadlıq meydanındakı bu həmrəylik mənzərəsinin mənasını anlaya bilmərik. Azərbaycanın məşhur “Lalələr” mahnısının kədərli hekayəsi də eyni şəkildə çəkilən əzabların və Qafqaz İslam Ordusunun qəlblərdə yaratdığı sevinc hissinin ifadəsidir. Dəyərli qardaşlarım, bu gün 1918-ci il sentyabrın 15-də qazanılmış böyük qələbəni kiçik, əhəmiyyətsiz göstərməyə çalışan bəzi qüvvələrin olduğunu bilirik. Buna təşəbbüs göstərənlər o dövrdə aldıqları ağır məğlubiyyətin rüsvayçılığını hələ də unuda bilməyənlərdir. Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyub. Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikası olması heç də təsadüfi deyil. Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik”.



Türkiyə liderinin açıqlaması 44 günlük döyüşlərdə bir daha təsdiq olundu. Rəcəb Tayyib Ərdoğan bununla torpaqların işğaldan azad edilməsində Azərbaycanın yanında olacağını bütün dünyaya duyurmuşdu. Heç kimə sirr deyil ki, torpaqların Ermənistanın və havadarlarının işğalından azad olunması uğrunda gedən döyüşlərdə Türkiyə Azərbaycana bütün istiqamətlərdə tarixi dəstəyi verib. Bu ölkənin informasiya vasitələri Azərbaycanın haqqı işi barədə Türkiyə və dünya ictimaiyyətini məlumatlandırmaqla Ermənistan və havadarlarının yalan üzərində qurulan təbliğatını da darmadağın etmişdi. Azərbaycan hərbçilərinin Türkiyədə təlim keçməsi, hər iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi manevrləri də döyüşlərdə qələbənin qazanılmasında əvəzsiz rol oynadı. 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Qələbə paradı, Zəfər paradında Türkiyənin əsgər və zabitlərinin iştirak etməsi Vətən müharibəsində qardaş ölkənin Azərbaycana hərbi dəstəyi, paradı Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Prezident Rəcəb Tayyib Ərdoğanın qəbul etməsi isə Türkiyənin müharibə günlərində və sonra Azərbaycana verdiyi siyasi dəstəyin nəticəsi idi. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan da Zəfər paradında iştirak etmişdilər.

Beləliklə, Qafqaz İslam Ordusu ilə Azərbaycan Xalq Cümhuriyyətinin 103 il əvvəl Bakının azad olunması ilə bağlı birgə fəaliyyəti 102 il sonra Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Qarabağ və ətraf rayonların düşmənlərdən təmizlənməsi ilə davam etdi. İki ölkə arasında əməkdaşlıq və qardaşlıq münasibəti 2021-ci il iyunun 15-də Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nın imzalanması ilə yekunlaşdı.

Sumqayitfakt.Az





















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər