Xəbər xətti
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşıb

Baxılıb: 325     Tarix: 15-09-2021 08:53   
Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşıb


Azərbaycanda son aylarda hibrid avtomobillərinin qiymətində 15 faizə qədər artım müşahidə edilir.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə avtomobil nəqliyyatı üzrə ekspert Elnur Əliyev deyib.

E.Əliyev bildirib ki, hibrid avtomobillərinin bahalaşması təkcə Azərbaycanla bağlı deyil, ümumilikdə dünyada bu avtomobillərə tələbat artıb. O qeyd edib ki, hazırda Azərbaycanda hibrid avtomobillər arasında ən çox maraq "Toyota Prius" markasınadır.

Onun sözlərinə görə, bu avtomobillər Azərbaycana əsasən birbaşa ABŞ-dan və ya Gürcüstan vasitəsilə gətirilir: "Azərbaycana daha çox 2006-2008-ci illər arasında istehsal olunan avtomobillər gətirilir. Bu avtomobillər ABŞ-dan hərrac vasitəsilə alınır. Əvvəllər hərracdan avtomobilləri daha ucuz qiymətə və rahat şəkildə almaq olurdu, yəni hərrac iştirakçılarının sayı az olurdu. Lakin indi daha çox ölkələrdən avtomobil alıcıları hərraclarda iştirak edir və tələb artığı üçün qiymət də bahalaşır. İndi hərracda avtomobillər əvvəlkindən təqribən 1000 dollar baha satılır. Bu qiymət artımı əlbəttə ki, Azərbaycandakı qiymətlərə də təsirini göstərir.

Məsələn, iki-üç ay öncə Azərbaycanda 2008-ci il istehsalı olan yaxşı vəziyyətdə "Toyota Prius" avtomobilini 12500 manata almaq mümkün idisə, bu gün həmin avtomobil 13800-14000 manata satılır. Yəni son iki-üç ayda qiymətlər 15 faizə qədər bahalaşıb. Bu avtomobillərə maraq əsasən onların daha az yanacaq işlətməsi ilə əlaqədardır".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər