Xəbər xətti
27-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Şərəfli həkim ömrü: Nihad Əliyev - 50

Baxılıb: 2102     Tarix: 14-09-2021 19:22   
Şərəfli həkim ömrü: Nihad Əliyev - 50
Tarix boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-obada həmişə əziz tutulmuşdur. Hətta el arasında müdrik və mütərəqqi adamları loğmanla müqayisə edirdilər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Xalqın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatını etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir. Nihad həkim də öz davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi və insanlara sağlamlıq, eləcə də gözəl təbəssüm bəxş etmək məharəti ilə onların etibarını və rəğbətini qazanmış həkimlərdəndir. Təsadüfi deyil ki, pasientləri Nihad həkim barəsində danışanda deyirlər ki, “gözəl insandır və “əlləri qızıldır”.

Əliyev Nihad Fuad oğlu 14 sentyabr 1971-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Ziyalı ailəsində dünyaya gələn Nihad həkim qədirbilən övlad, güvənilən qardaş, sevimli həyat yoldaşı və qayğıkeş atadır. Onun atası Fuad Əliyev ali kateqoriyalı mühəndisdir, müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin şair-publisistdir, poeziyada Fuad İslamoğlu kimi tanınır. “Təmizlik”, “Yaşamalı dünyadır”, “Bu səs sənin səsindirmi” və “Qartal səmada tək uçur” adlı dörd kitab müəllifidir. Anası Nişanə xanım isə riyaziyyat müəlliməsidir. Hazırda hər ikisitəqaüddədir. Qardaşı Firad prokurorluq orqanlarında qulluq keçir, Baş ədliyyə müşaviridir (ədliyyə polkovniki). Bacısı Ziyalə xanım ixtisasca iqtisadçı olmasına baxmayaraq, hazırda evdar xanımdır. Hazırda Sumqayıt şəhərində yaşayan Nihad həkim ailəlidir. Həyat yoldaşı Mina xanım müəllimədir. Övladlarından Fuad şərqşünas, Aydan müəllimə, Nihal isə tələbədir.


Orta təhsilini Sumqayıt şəhərində uğurla başa vuran Nihad Əliyev 1989-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olmuşdur. 1994-cü ildə həmin fakültəni müvəffəqiyyətlə başa vurduqdan sonra, elə həmin il Sumqayıt şəhəri 2 nömrəli Stomatologi poliklinikada həkim-stomatoloq kimi fəaliyyətə başlamışdır. 1998-ci ildə Səhiyyə nazirinin müvafiq əmri ilə adıçəkilən tibb müəssisəsinə baş həkim vəzifəsinə təyin olunmuşdur. 1999-2008 ci illər ərzində Sumqayıt şəhəri 2 nömrəli Stomatologi poliklinikaya rəhbərlik etməklə bərabər, Sumqayıt şəhərinin baş stomatoloqu olmuşdur. 2008-ci ildən isə “AQS” Medikal Center Klinikasınınbaş həkimi kimi fəaliyyətini davam etdirmişdir. 2007-2010-cu illərdə Amerika Meffert İmplant institutunun Ankara filialında təhsil almışdır. Beynəlxalq İmplantoloqlar Cəmiyyətinin və Azərbaycan “İmplantoloq” ictimai birliyinin üzvüdür. Amerika Meffert İmplant institutunun diplomat üzvüdür. Həm ölkəmizdə, həm də müxtəlif dövlətlərdə (Türkiyə, Rusiya, İngiltərə, Almaniya, Fransa, İspaniya, Hollandiya, Finlandiya, İsveç, Belçika, Portoqaliya və Ukrayna) 100-ə yaxın müvafiq ixsasartırma kurslarında və seminarlarda, eləcə də dünyanın və avropanın ən nüfuzlu kongres və simpoziumlarında iştirak etmişdir. Səmərəli fəaliyyətinə görədəfələrlə müxtəlif mükafatlarla təltif olunmuşdur. Nihad Əliyev Yeni Azərbaycan Partiyasının üzvüdür.




Bu gün şərəfli ömür yolu keçmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş və savadlı mütəxəssis, gözəl insan və qayğikeş həkim kimi kiçikdən-böyüyə onu tanıyanların hər birinin dərin rəğbətini qazanmış həkim-stomatoloq cərrah-implantoloq-ortoped Nihad Əliyevin anadan olmasının 50-ci ildönümüdür.



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər