Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

“Bizə qoşul və xilas et” layihəsi çərçivəsində növbəti tədbir keçirilib -ŞƏKİLLƏR

Baxılıb: 2141     Tarix: 19-11-2020 19:21   
“Bizə qoşul və xilas et” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
18 noyabrda Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi" çərçivəsində icra edilən “Bizə qoşul və xilas et!” layihəsi çərçivəsində ZOOM proqramı vasitəsilə növbəti onlayn seminar keçirilib.

Onlayn seminarda Ağsu rayon Təhsil Şöbəsinin əməkdaşı Elnur Fərzəliyev, İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, layihənin psixoloqu Ülkər Məhərrəmova, layihə üzrə ekspert Zemfira Məmmədova, təlimçi Elnarə Qasımova və Ağsu rayonunda pedaqoji fəaliyyət göstərən 30-a yaxın müəllim, şagird və valideynlər, tibb işçiləri iştirak edib.

Layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, "Layihə çərçivəsində Ağsu rayonunun ən qabaqcıl müəllimlərinin bir araya toplanmasına nail olmuşuq. "Erkən evliliyin bioloji fəsadları" mövzusunda maarifləndirici onlayn seminarlar təşkil edilir, məktəblilər arasında "Erkən evliliyin bioloji fəsadları" mövzusunda inşa yazı müsabiqəsi elan edilib. “Ailə xilaskarları” onlayn klubu yaradılmışdır. “Erkən evliliyin fəsadları" adlı bukletlər hazırlanmışdır və yaxın zamanlarda Ağsu rayonun ümumtəhsil məktəblərinin müəllimləri yuxarı sinif şagirdləri arasında yayılması nəzərdə tutulub".

İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Lətifə Əliyeva layihənin cəmiyyət üçün əhəmiyyətindən danışıb, Uşaq və Ailələrə Dəstək Mərkəzi olaraq sözügedən mövzuda görülən işlər barədə ətraflı məlumat verib.

Layihənin psixoloqu Ülkər Məhərrəmova erkən evliliklərin fəsadlarının cəmiyyətdə tez-tez vurğulanmasının maarifləndirmə işlərinin səmərəliliyini artıracağını qeyd edib.

Onlayn təlimdə iştirak edən Ağsu Rayon Təhsil Şöbəsinin Metodik Kabinetinin müdiri Elnur Fərzəliyev layihənin valideynlərlə ünsiyyəti artıracağını, övladlarının gələcək taleyinə müəyyən qədər laqeyid yanaşan bəzi valideynlərin gələcəkdə daha məsuliyyətli davranmasına səbəb olacağını bildirib.

Təlimçi Elnarə Qasımova, erkən evlilik probleminin həlli istiqamətində görülən işlərdən danışıb.

Seminarda iştirak edən müəllimlər və könüllü gənclər mövzu ətrafında fikir mübadiləsi aparıblar. Qarşılaşdıqları həyat hekayələrini misal göstərərək erkən evliliklərin fəsadlarını diqqətə çatdırıblar.

Elnarə Günəş











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər