Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Hikmət Hacıyev: “Düşmən Şuşa ətrafındakı meşələri ağ fosforla yandırıb”

Baxılıb: 398     Tarix: 18-11-2020 16:23   
Hikmət Hacıyev: “Düşmən Şuşa ətrafındakı meşələri ağ fosforla yandırıb”

“Burada şahidi olduqlarımız Ermənistan silahlı qüvvələrinin ağ fosforlu mərmilərdən istifadə etdiyini sübuta yetirən növbəti faktlardır”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq jurnalistlərin Füzuli rayonuna səfəri zamanı deyib.

“ANAMA nümayəndəsi tərəfindən ətraflı məlumat verildi. Ermənistan silahlı qüvvələri tərəfindən başqa hallarda da ağ fosforlu mərmilərdən istifadə edilmişdi. Biz hələ hərbi əməliyyatların gedişində məlumat vermişdik ki, Ermənistan silahlı qüvvələri Şuşa ətrafında meşələri yandırmaq üçün ağ fosfordan geniş şəkildə istifadə edirdilər. Hətta bu əməliyyatlarda deyil, 2016-cı ilin Aprel döyüşlərində də Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosfordan geniş şəkildə istifadə edilmişdi. Bunların da əsas hədəfi mülki insanlar, mülki obyektlər, əkin sahələri və həmçinin Azərbaycan Silahlı Qüvvələri olmuşdu. Bu barədə beynəlxalq təşkilatlara ünvanlamaq üçün məlumatlar toplanılır. Eyni zamanda kimyəvi silahların qadağan olunması üzrə beynəlxalq təşkilata məlumat veriləcək. Ağ fosfor kimyəvi silah hesab edilməsə də, bunun çox böyük zərərverici xüsusiyyətləri var. İnsan orqaniziminə daxil olduğu təqdirdə bunun qısamüddətli ölümə və ciddi yanğıya səbəb ola biləcək effektləri var”, - o bildirib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər