Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Yeni Şuşa yolunun çəkilişi nə vaxt başa çatacaq? - AAYDA

Baxılıb: 394     Tarix: 18-11-2020 11:35   
Yeni Şuşa yolunun çəkilişi nə vaxt başa çatacaq? - AAYDA


"Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilməsi bir ilə başa çatacaq”.

Sumqayitfakt.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Prezident İlham Əliyevin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncamına aydınlıq gətirərkən deyib. Anar Nəcəfli bildirib ki, buna səbəb uçurumlu ərazilərin olmasıdır:

"Yeni yoldur, həm də bir az çətin ərazidir. Ona görə yolun çəkilməsi bir ilə planlaşdırılır. Yol dağlar, meşələr və uçurumlu ərazilərdən keçir. Füzuliyə kimi olan hissəsi rahatdır. Ondan sonra Daşaltı və Şuşaya qalxan ərazilər gəlir ki, bu da çətindir. Demək olar ki, yol yoxdur, dağıdılıb”.

Anar Nəcəfli əlavə edib ki, yolun bir hissəsi hazır olan kimi gediş-gəliş bərpa olunacaq:

"Bu, o demək deyil ki, yol hazır olana kimi ora heç kim getməyəcək. Yolun bir hissəsi istifadəyə verilən kimi gediş-gəliş olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər