Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Azərbaycan bu il xaricdən yarım milyard manat dəyərində avtomobil alıb - STATİSTİKA

Baxılıb: 352     Tarix: 17-11-2020 11:25   
Azərbaycan bu il xaricdən yarım milyard manat dəyərində avtomobil alıb - STATİSTİKA

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan xaricdən 42 min 827 ədəd avtomobil idxal edib.


Sumqayitfakt.Az
-ın oxu.az-a istinadən verdiyi məlumata görə, alınan avtomobillərin ümumi dəyəri 511 milyon 375,4 min dollar həcmində olub. Ötən ilə nisbətən ölkəyə xaricidən avtomobil alışını 20,8 faiz və ya 7370 ədəd artırılıb.

Müvafiq dövr ərzində ölkəmiz xaricidən 156 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri alıb. Bu avtomobillərin idxal dəyəri 13 milyon 751,8 min dollar təşkil edib. Lakin, bu tip avtomobillərin idxal həcmində ötən ilə nisbətən azalma var. Bu il 2,8 dəfə və ya 285 ədəd az avtobus idxal edilib.

İdxal edilən avtomobillərin əksəriyyəti minik avtomobilləridir. 2020-ci ilin 10 ayı ərzində 39 min 853 ədəd bu tipdə avtonəqliyyat vasitələri idxal olunub və onların ümumi dəyəri 442 milyon 271,9 dollar təşkil edib. Ötən ilə nisbətən idxal həcmi 24,8 faiz və ya 7919 ədəd çox olub.

2019-cu ilə nisbətən yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxal həcmi 7,8 faiz və ya 229 ədəd az olub. Bu ilin yanvar-oktyabr ayları ərzində 2 min 705 ədəd bu tipdə avtomobil idxal olunub və onların ümumi dəyəri 39 milyon 438,6 min dollar təşkil edib.

Eləcə də, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin alış sayında da azalma var. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 23,6 faiz və ya 35 ədəd az olub. 2020-ci ilin ilk 10 ayı ərzindən 113 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri alınıb və onların ümumi idxal dəyəri 15 milyon 913,1 dollar olub.

Qeyd edək ki, 2019-cu ilin eyni dövründə Azərbaycan xaricidən ümumi 35 min 457 ədəd avtomobil idxal edilib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər