Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Müşfiq Məmmədli: İnsan faciəsindən yalnız terrorçu dövlət yararlana bilər

Baxılıb: 2132     Tarix: 15-09-2020 12:11   
Müşfiq Məmmədli: İnsan faciəsindən yalnız terrorçu dövlət yararlana bilər

Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən nəzər yetirilməli olan ilk məsələ hansı xalqın bu bölgənin yerli və hansının gəlmə olmasıdır. Azərbaycanlıların Qafqazın yerli xalqı olduğu sübuta ehtiyacı olmayan aksiomdur. Amma ermənilər barədə bunu söyləmək mümkün deyil. Hansısa çarlıqdan, məlikliklərdən bəhs etsələr də, fakt faktlığında qalır ki, bu gün Ermənistan dövlətinin mövcud olduğu torpaqlar tarixi Azərbaycan əraziləridir.

Konkret Dağlıq Qarabağa gəldikdə isə, elə ermənilərin özlərinin 1978-ci ildə Tərtərin Şıxarx qəsəbəsində qoyduqları "Marağa-150” abidəsi onların bura köçüb gəldiklərini sübut edən ən mühüm tarixi faktdır. Bu abidəni ermənilər İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa etmişdilər. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın torpaqlarımıza iddiaları başlayanda ermənilər bu abidəni dağıtdılar.

İşğalı dövlət siyasətinə çevirən Ermənistanın bu gün də əsas məqsədlərindən biri Dağlıq Qarabağın kənardan gətirilən ermənilər hesabına məskunlaşdırılmasıdır. Atəşkəsin elan olduğu dövrdən indiyədək ermənilər bu istiqamətdə fəal iş aparırlar. İşğal etdikləri Azərbaycan ərazilərində diasporun maliyyəsi hesabına həyata keçirdikləri infrastruktur layihələri də qanunsuz məskunlaşmaya xidmət edir. Bu ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin açılışında bununla bağlı deyib: "İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Bu məsələ ilə əlaqədar mən artıq bir neçə dəfə öz fikirlərimi bildirmişəm, o cümlədən xüsusilə beynəlxalq tədbirlər çərçivəsində. Avropa İttifaqının sonuncu "Şərq Tərəfdaşlığı” Zirvə görüşü çərçivəsində də bu məsələyə diqqət yetirdim. Biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir”.

Lakin başqa bir reallıq da ondan ibarətdir ki, erməni lobbisi bu məqsəd üçün külli miqdarda vəsait ayırsa da, niyyətlərini istədikləri kimi reallaşdıra bilməyiblər. Çünki separatçı rejimin yaradıldığı bölgənin ağır sosial-iqtisadi vəziyyəti, üstəlik nəzarətdən kənar qalan bu torpaqların silah və narkotik qaçaqmalçılığı üçün istifadə olunması, bir sözlə, cinayətkarlıq yuvasına çevrilməsi olan-qalan əhalinin də ilk fürsətdə buranı tərk etməsinə səbəb olub. Bu baxımdan nə qədər canfəşanlıq etsələr də, təbliğat aparsalar da, Ermənistanın özü kimi Dağlıq Qarabağ da boşalır. Bunun nəticəsidir ki, Ermənistan indi monoetnik ölkəyə çevrilib. Nəinki azərbaycanlılara qarşı, hətta digər etnik qruplara qarşı burada mənəvi və maddi terror həyata keçirilib.

Avqustun əvvəllərində Livanın paytaxtı Beyrutun dəniz limanında baş verən güclü partlayış isə Ermənistana bu məsələdə yeni fürsət yaradıb. Livana humanitar yardım aparan təyyarələrdə livanlı erməni ailələri Ermənistana gətirilib. Bu, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribatçı hərəkətlərindən biridir. Məsələnin maraqlı tərəfi odur ki, düşmən ölkə bu provakativ addımı atarkən indi öz millətindən olan insanlardan istifadə edir. Livan ermənilərinin bir növ alətə çevrilməsi Ermənistanın həm də insan faciəsindən istifadə edən dövlət olduğunu göstərir. İnsan faciəsindən isə yalnız terrorçu dövlət öz maraqları naminə yararlana bilər.

Özü sosial-iqtisadi böhran məngənəsində sıxılan, üstəlik hər min nəfərə düşən koronaviruslu xəstələrin sayına görə Avropada liderlik edən Ermənistan hakimiyyətinin livanlı ermənilərin sosial problemlərinin həlli fikirləri kifayət qədər gülüncdür. Çünki öz vətəndaşlarının kifayət qədər yığılmış problemləri var, işsizlik və yoxsulluq baş alıb gedir və məhz bu səbəblərdən son dövrlərdə yüz minlərlə erməni ölkəni tərk edib.

Bütövlükdə bu məsələ Tovuz hadisələrindən, Goranboydakı uğursuz diversiya əməlindən sonra Ermənistanın növbəti təxribatıdır. Buna rəvac verən isə təbii ki, beynəlxalq təşkilatların məsələ ilə bağlı etinasız və laqeyd münasibətidir. Müharibə gedən ərazilərə mülki insanların köçürülməsi beynəlxalq konvensiyalara əsasən qadağan edilsə də, ATƏT, Avropa Şurası kimi təşkilatların ikili mövqeyi işğalçını öz təxribatçı əməllərini daha da genişləndirməyə təhrik edir.

Ermənistan dərk etməlidir ki, bu qanunsuz fəaliyyət və süni məskunlaşdırma cəhdləri onun gözlədiyi nəticələri verməyəcək. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azərbaycanlı əhalisi öz evlərinə və mülklərinə geri qayıdacaq və işğalçı Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək. Beynəlxalq təşkilatlar sussalar da, işğalçıya təsir etməsələr də, Azərbaycan tarixi ədaləti, özünün ərazi bütövlüyünü mütləq bərpa edəcək. Prezident İlham Əliyevin dedi kimi, biz heç vaxt işğalla barışmayacağıq.

Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər