Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Nazirdən dərslərlə bağlı daha bir əmr

Baxılıb: 3593     Tarix: 09-09-2020 18:26   
Nazirdən dərslərlə bağlı daha bir əmr

Təhsil naziri Emin Əmrullayev tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2020-2021-ci dərs ili üçün tədris planlarının təsdiqi ilə bağlı əmr imzalayıb.


Sumqayitfakt.Az
xəbər verir ki, əmrə əsasən, təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Şagirdlərin sayı 20 və daha çox olan X-XI siniflər aşağıdakı fənlərin tədrisində 2 qrupa bölünür:

- Tədrisi rus dilində aparılan siniflərdə "Azərbaycan dili – dövlət dili kimi”

- Tədris dilindən asılı olmayaraq "Xarici dil”, "İkinci xarici dil”, "Fiziki tərbiyə”.

Əmrdə deyilir ki, təmayül siniflərinin komplektləşdirilməsində fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyl-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınır. Şagirdlərin hazırlıq səviyyəsinə görə zəruri ehtiyac olduğu halda, məktəb Pedoqoji Şurasının qərarına əsasən, təmayül fənlərindən hər hansı birinə digər bir təmayül fənni hesabına 1 saat artıq vaxt verilən bilər.

Müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış 2 saatdan 1 saatı bütün şagirdlər cəlb olunmaqla "Nitq mədəniyyəti”, digər 1 saatı isə "İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə ayrılır.

Bütün təmayüllər üzrə siniflərdə təsdiq edilmiş cədvəl əsasında "Nitq mədəniyyəti” fakültativ kursu, "texniki”, "humanitar”, "təbiət”, "texniki və təbiət” təmayüllü siniflərdə "İqtisadiyyatın əsasları” fakültativ kursu isə dərs cədvəlinə salınmaqla tədris olunur. "Nitq mədəniyyəti” və "İqtisadiyyatın əsasları” fakültativ kursları Təhsil Nazirliyini tərəfindən təsdiq edilmiş proqram əsasında tədris edilir.

Bir qayda olaraq, "Nitq mədəniyyəti” fakültativ kursu tədris Azərbaycan dilində olan siniflərdə Azərbaycan dili və ədəbiyyat, tədris rus dilində olan siniflərdə rus dili və ədəbiyyat müəllimləri, "İqtisadiyyatın əsasları” fakültativ kursu isə coğrafiya müəllimləri tərəfindən tədris olunur.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər