Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Çörəklərin içi bu səbəbdən yapışqan olurmuş, xəstəlik var: “Əhali diqqətli olmalıdır”

Baxılıb: 41 065     Tarix: 30-07-2020 14:06   
Çörəklərin içi bu səbəbdən yapışqan olurmuş, xəstəlik var: “Əhali diqqətli olmalıdır”

"Baker" çörək zavodunun istehsalı olan məhsulu alan müştəri lent.az-ın redaksiyasına çörəklə bağlı şikayətini bildirib. Məhsulun fotolarını da göndərən müştəri, yumşaqlığına aldanıb aldığı "Ləzgi çörəyi" və "Kəpəkli çörək" adı altında satılan məhsulu istifadə edə bilmədiyini açıqlayıb. Səbəb çörəyin içinin saqqız kimi yapışqan olması və həddindən artıq pis iy verməsi olub.

Çörəyin içi nə üçün yapışqan olur?

Ümumiyyətlə, hazırda çörəklə bağlı hansı nöqsanlar var ki, əhalini narahat edir? Mövzu ilə bağlı lent.az -ın suallarını Azad İstehlakçılar Birliyinin sədri Eyyub Huseynov cavablandırıb.

Hər həftə çörəklə bağlı istehlakçılardan bir neçə telefon zəngi, şikayətlər gəldiyini deyən sədr çörək istehsalı sahəsində ciddi problemlərin yaşandığını bildirib:

"Satış şəbəkəsində çörəklərin saxlanma müddəti 72 saatdır. Bu müddətdən tez keyfiyyətini itirən, quruyan çörəklərin və eləcə də uzun müddət yumşaq qalan, xarab olmayan çörəklərin də tərəfdarı deyilik. Tez sıradan çıxan və içi yapışqan olan çörək o deməkdir ki, ya un, ya da unu yoğuran avadanlıq kartof xəstəliyinə məruz qalıb. Belə ki, kartof xəstəliyi olan çörəklərin içi yapışqan və turşumuş olur. Kartof xəstəliyinə məruz qalmış çörəklər insanlarda mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.

Əhali bu cür çörəklərə qarşı diqqətli olmalıdır, çünki bu məhsullar təhlükəlidir. Bu cür məhsulla qarşılaşdıqda istehlakçılar 1003 qaynar xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə xəbər verməlidirlər ki, tədbirlər görülsün".

AİB sədri çörəklərin uzun müddət saxlanmasının əleyhinə olduqlarını da vurğulayıb. Onun sözlərinə görə, uzun müddət xarab olmadan qalan çörəklər kimyəvi təsirə məruz qalıb, deməkdir:

"Hətta bir neçə il əvvəl ölkədə bir il yararlılıq müddəti olan çörəklər satılırdı. Buna qarşı uzun müddət mübarizə apardıq. Bizə deyirdilər ki, həmin məhsulun xəmiri Almaniyadan gətirilir. Biz bilirik ki, Almaniyada istehlakçıları aldadırlar. Bununla barışmadıq və həmin çörəklərə yararlılıq müddəti qoyulmasına nail olduq".

AİB sədri bildirib ki, çörək hazırlanan unlarda da ciddi problemlər var: "Unların satış şəbəkələrində saxlanma müddəti bir ildən artıq deyil, lakin biz monitorinq aparmışıq və görmüşük ki, satılan unun 80 faizinin üzərində buraxılma və son istifadə tarixləri yoxdur. Bu o deməkdir ki, çirklənmiş və xəstələnmiş un Azərbaycan əmtəə bazarında satılır".

AİB sədri fürsətdən istifadə edib, hazırda çörəklə bağlı əhalini narahat edən başqa bir problemə də toxunub:

"Şikayət gəlir ki, nə üçün pandemiya dönəmində marketlərdə çörəklər ən aşağı rəflərə yığılır. İnsanların ayaq tozu və s. o çörəklərə dəyir. Əhali müqəddəs hesab etdiyimiz çörəyin yuxarı rəflərə qaldırılmasını təklif edir. Bundan başqa marketlərdə diet çörək adı ilə satılan çörəklərlə bağlı da narahatlıq var. Üzərində ağ undan hazırlandığı yazıldığı halda, çörəklərin qara rəngdə olmasından şikayətlər gəlir. Əhali maraqlanır ki, buğdadan hazırlanan çörəyə nə qatırlar ki, rəngi qara olur. Bu kimi problemlər əhalini çox narahat edir. Qida Təhlükəsizliyi Agentliyinin bu məsələlərə diqqət yetirəcəyini düşünürəm".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər