Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Rayonlara getməyə bu şərtlərlə icazə verilə bilər

Baxılıb: 4548     Tarix: 29-07-2020 15:17   
Rayonlara getməyə bu şərtlərlə icazə verilə bilər

Azərbaycanda 14 şəhər və rayonda tədbiq edilən sərt karantin rejiminin avqustun 5-də bitməsi gözlənilir. Lakin dünən yoluxmanın sayının 400-dən çox olması yenidən sərt karantin rejiminin uzadılması ehtimalını ortaya çıxarır. Azərbaycanda sərt karantin rejimi avqustun 5-də bitə bilərmi?

Sumqayitfakt.Az xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat Fazil Mustafa bildirib ki, bu gün insanların çoxu işini davam etdirir:

"Amma burada çıxış yollarından biri insanların rayonlara buraxılmasıdır. Kütləvi şəkildə iltizam alınır və insanlar 20 günlüyə rayonlara gedir. Şəhəri bir az boşaltmaq və yüngülləşdirmək lazımdır. Elə rayonlar var ki, istirahət mərkəzləri və başqa yerlər çalışmır. Amma elə bölgələr var ki, koronavirus orada yayılmayıb. Ona görə də orada restoranlar və kafelər işləyir. Qaydalara əməl etməklə insanlar şəhərdən uzaqlaşa bilərlər.

Düşünürəm ki, ilk növbədə bu istiqamətdə düşünmək lazımdır. Çünki səhiyyə sistemimizin bu problemi çözmək imkanları xeyli aşağıdır. Minlərlə insan evdə müalicə olunur. Bu şəraiti nəzərə alaraq insanlara Bakıya bir müddət dönməmək şərti ilə sərbəst davranmaq imkanları vermək lazımdır. Bu imkan yaradılsa, insanlarımız ən azı 20-25 gün rayonlarda təcrid olunub, qala bilər. Onsuz da toy və digər tədbirlərin keçirilməsinə icazə verilmir. Amma birdən-birə sərt karantin rejimini də yumşaltmaq müəyyən çətinlik yaradacaq. Yenə də fürsət düşən kimi insanlarımız 300-500 nəfərlik yas mərasimləri keçirirlər. Mən rayondan qayıdanda gördüm ki, 5-6 yerdə 1000 adam yığışmışdı. Soruşanda da dedilər ki, yas mərasimi keçirilir. Bu, sırf insanların məsuliyyəti ilə bağlı məsələdir”.

Deputat qeyd edib ki, sərt karantin rejimi ləğv edilsə, insanlar arxayın olacaq və qaydalara əməl etmək yenidən yaddan çıxacaq:

"Bu da təbii ki, yenə də sərt karantin rejimin tədbiqinə səbəb olacaq. İnsanlara iltizam verilərək ailəli şəkildə 20-25 günlük rayonlara getməsinə icazə verilməsi müəyyən qədər yoluxmanın qarşısını ala bilər. Digər tərəfdən də müəyyən iş yerlərinin açılmasına gedilməlidir. Metro açılmasın. Avtobusların da sayını artırmaq lazımdır. İş yerlərini açmaq lazımdr ki, insanlarımız maddi sıxıntılarını ortadan qaldıra bilsinlər”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər