Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

190 manat birdəfəlik müavinətlə bağlı — DEPUTATDAN AÇIQLAMA

Baxılıb: 4355     Tarix: 27-07-2020 11:50   
190 manat birdəfəlik müavinətlə bağlı — DEPUTATDAN AÇIQLAMA

İyulun 31 və avqustun 1-i Azərbaycanda Qurban bayramı günləri hesab olunur. Qeyd edək ki, hazırda 14 rayon və şəhərdə sərt karantin rejiminə görə bir çox müəssisələr fəaliyyətini dayandırıb. Qurban bayramına görə vətəndaşlarımıza 190 manat birdəfəlik müavinət yenidən verilə bilərmi?


Sumqayitfakt.Az
-ın məlumatına görə, bununla bağlı ölkə.az-a danışan deputat İlham Məmmədov bildirib ki, Allah yolunda kəsilən qurbanlar kasıb, imkanı olmayan insanların ehtiyacını ödəyir: “Qurban bayramı saf və təmiz əməlləri kompleks şəkildə özündə əks etdirən dini bayramdır. Bu bayramla bağlı təbii ki, ölkəmizdə də tədbirlər planı hazırlanır. Bütün Azərbaycan xalqı bu bayramı yüksək səviyyədə qeyd edəcək. Hansı şəraitdən asılı olmayaraq insanlarımız öz adət-ənənələri icra edirlər. Bunun üçün də dövlətimiz lazım olan şəraiti yaradır. Sərt karantin rejiminə uyğun olaraq hərəkət etmək lazımdır. Çox düzgün addım atılıb ki, pandemiyaya görə tədbiq edilən sərt karantin rejiminə uyğun olaraq bu bayramın keçirilməsinə müəyyən məhdudiyyətlər qoyulur. Görülən işlər göz qabağındadır. Yoluxanların sayı azalır, sağalanların sayı artır. Biz bu prosesin uğurla davam etməsi üçün bir az da səbirli olmalıyıq. Təbii ki, imkan olan hər bir vətəndaş qurban kəsir. İnsanlarımız kəsdikləri qurbanların ətini yaxınlarına və ətraflarında olan imkansız ailələrə paylayırlar. Hesab edirəm ki, bunun özü belə imkansız ailələrə yardım deməkdir. Yəqin ki, sərt karantin rejimi zamanı insanlarımız kəsdikləri qurbanın ətini ilk olaraq imkansız və az təminatlı ailələrə paylayacaqdır”.

Deputat vurğulayıb ki, sərt karantin rejimi tədbiq edilən rayonlarda işsiz insanlara yenidən 190 manat mavinət verildi: “Bundan əlavə Baş nazir Əli Əsədovun qərarı ilə poliklinika şəraitində xəstələrə qulluq edən həkimlərin də maaşı əmək haqqlarının 3 misli qədər qaldırılacaq. Cənab prezidentin sosial sahədə yürütdüyü siyasət bütünlükdə əhalinin yaxşı yaşamasına yönəldilib. Nə qədər sərt karantin rejimi olsa da, cənab prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə yenə də şəhid ailələrinə mənzillərin verilməsi tədbirində iştirak etdi. Düşünürəm ki, yəqin ki, bu məsələ də müəyyənləşəcək. Biz pandemiyadan sonrakı dövrü də fikirləşməliyik. İqtisadi və sosial sahələrin inkişafı var. Bütün bu işlərin uğurla davam etməsi üçün həmrəyliyimiz və birliyimiz vacibdir. Dövlətimizin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Şəraitə və vəziyyətə uyğun olaraq təhlillər edilərək adekvat addımlar atılır”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər