Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Malayziya parlamenti Azərbaycanı dəstəkləyən bəyanat yayıb

Baxılıb: 2274     Tarix: 27-07-2020 09:34   
Malayziya parlamenti Azərbaycanı dəstəkləyən bəyanat yayıb

Malayziya parlamentində fəaliyyət göstərən Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupu cari il iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə başladığı hücum cəhdləri ilə bağlı ölkəmizə güclü dəstək ifadə edən bəyanat yayıb.


Parlamentlərarası dostluq qrupunun üzvləri adından qrupun sədri Datuk Rozman Bin Datuk Haji İsli tərəfindən iyulun 24-də imzalanmış bəyanatda Ermənistan silahlı qüvvələrinin təcavüzkar addımları pislənib, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək ifadə olunub.

Sənəddə Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun cari il iyulun 18-də qəbul edilmiş kommünikesinə istinad edilərək, Ermənistan-Azərbaycan münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri çərçivəsində həll edilməli olduğu bildirilib, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Azərbaycan ilə həmrəylik vurğulanıb. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının 2020-ci il 14 iyul tarixli bəyanatından bəhs edilərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb edilib. Bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllinə dəstək ifadə olunub.

Bəyanatla əlaqədar Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev qanunverici Datuk Rozman Bin Datuk Haji İslinin timsalında Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinə minnətdarlığını bildirib. Belə bir dəstəyin təsadüfi olmadığını, qardaş Malayziya xalqının və hökumətinin Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqeyini qətiyyətlə şəkildə davam etdirdiyini qeyd edib. İki dövlət arasında dostluq və yaxın əməkdaşlıq münasibətlərinin qarşılıqlı etimada, hörmətə, o cümlədən Azərbaycan və Malayziyanın ali siyasi institutlarının bu istiqamətdə nümayiş etdirdiyi güclü və prinsipial iradəyə əsaslandığını vurğulayıb. (AZƏRTAC)

Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər