Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Mədəniyyət naziri işə çıxmır? - Rəsmi AÇIQLAMA

Baxılıb: 35 203     Tarix: 19-05-2020 16:21   
Mədəniyyət naziri işə çıxmır? - Rəsmi AÇIQLAMA


Bir neçə gündür sosial şəbəkələrdə mədəniyyət naziri Əbülfəz Qarayevin işə çıxmaması, səhhətində problem yaranması ilə bağlı məlumatlar yayılıb.

Sumqayitfakt.Az xəbər verir ki, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov isə musavat.com-a açıqlamasında yayılan məlumatları təkzib edib.

İntiqam Hümbətov Əbülfəz Qarayev haqqında yazılanların həqiqəti əks etdirmədiyini söyləyib və əlavə edib ki, nazir iş başındadır.

Daha sonra İntiqam Hümbətov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) nazirlikdə keçirdiyi əməliyyatla bağlı sualları cavablandırmaq istəməyib. Xüsusi ilə də əməliyyat zamanı özünün saxlanılması haqda danışmaq istəməyib.

İ.Hümbətov bildirib ki, DTX rəsmi məlumat yayıb və hazırda istintaq davam edir.

Xatırladaq ki, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu həbs edilib.

İttihama görə onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nazirliyin vəzifəli şəxslərindən müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə məsuliyyətə cəlb ediliblər.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər