Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

İnsanlığın keçdiyi yolda büdrəməyən adam- Firdovsi Cəfərxanın 65 yaşına

Baxılıb: 35 430     Tarix: 25-03-2020 19:51   
İnsanlığın keçdiyi yolda büdrəməyən adam- Firdovsi Cəfərxanın 65 yaşına
Bu gün Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair, nasir və publisist Firdovsi Cəfərxanın 65 yaşı tamam olur.
Qələm dostumuzu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Firdovsi Cəfərxan oğlu Kazımov (Firdovsi Cəfərxan) Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olub.
Krasnodar Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirib, ixtisasca mühəndis-texnoloqdur.
Əmək fəaliyyətinə Sumqayıt Alüminium zavodunda başlamış, burada müxtəlif məsul vəzifələrində çalışmışdır.
1988-1995-ci illərdə Respublika Ət-süd Ticarət Birliyinin texnoloji korpusunun rəisi, Sumqayıt Yeyinti Məhsulları Müəssisənin direktoru vəzifələrində işləmişdir.
Sonrakı dövrlərdə “Səbail-3” İstehsal müəssisəsinin direktoru vəzifəsində çalışmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə rəisi vəzifələrini daşımışdır.
Gənclik illərindən bədii yaradıcılıqla məşğul olan Firdovsi Cəfərxanın şeirləri, hekayələri, publisistik yazıları mütəmadi olaraq müxtəlif mətbu orqanlarda dərc olunmuş, bir sıra qəzetlərlə əməkdaşlıq etmişdir.
2007-ci ildən “ Yeganə Yol” qəzetinin təsisçisi və baş redaktorudur. Firdovci Cəfərxan hazırda Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəridir.
Firdovsi Cəfərxanın indiyə kimi “Səndən qalan bir sevgidir”, “Dil açıb dillənən könlüm”, “Bir ömür yetməz”, “Sənə səndən şikayətim var mənim” adlı şeirlər, “Hardan gəldi bu sevda”, “Ölmə, ölsən məni də götür”, “Taleyimdən qorxuram”, “Qədr gecəsindən üç gün sonra” adlı nəsr və “İnsanlığın keçdiyi yol” adlı publisistik kitabları işıq üzü görüb.
Yüzlərlə elmi-publisistik və ictimai-siyasi məqalələrin müəllifi olan Firdovsi Cəfərxanın şeirlərinə xalq artisti, professor Nəriman Məmmədovun və digər bəstəkarlarımızın bəstələdikləri marş və mahnılar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Uzun illər səmərəli ədəbi-bədii yaradıcılığına gorə bir çox ədəbi və media mükafatlarına layiq görülmüşdür.
Qələm dostumuz, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair, nasir və publisist Firdovsi müəllim Cəfərxanı bir daha 65 illik yubileyi münasibətilə öz adımdan, jurnalistlər birliyinin bütün üzvləri adından səmimi-qəlbdən təbrik edir, həyatda möhkəm can sağlığı, problemsiz ömür-gün, sevinc və səadət dolu illər və yeni yaradıcılıq uğurları arzulayıram.

Rafiq Oday,
Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının sədri,
respublikanın Əməkdar jurnalisti


P.S. Sumqayitfakt.Az ailəsi olaraq dəyərli ziyalımız Firdovsi Cəfərxanı 65 illik yubileyi münasibətilə təbrik edir, sağlıqlı uzun ömür, işlərində müvəffəqiyyət və yaradıcılıq uğurları arzulayırıq.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər