Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Kimlər mütəmadi olaraq tibbi maskalardan istifadə etməlidir?

Baxılıb: 3227     Tarix: 24-03-2020 19:34   
Kimlər mütəmadi olaraq tibbi maskalardan istifadə etməlidir?
Respirator axıntının qarşısını almaq üçün yoluxmuş şəxs mütəmadi olaraq maskalardan istifadə etməlidir.

Sumqayitfakt.Az xəbər verir ki, bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub.
Bundan əlavə, metodik göstərişdə tibbi maskalardan ümumi istifadəyə dair digər qaydalar da qeyd edilib:

-Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır;

-İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz;

-Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);

-Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;

-Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;

-Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir;

-Tibbi maskalara qarşı həssaslığı olan şəxslər tənəffüs gigiyenasına xüsusi diqqət etməlidirlər; öskürmə və asqırma zamanı ağız və burun nahiyəsi birdəfəlik istifadəüçün nəzərdə tutulmuş kağız salfetlərlə silinməlidir. İstifadədən sonra material mütləq xüsusi qapalı tullantı qutularına atılmalıdır.

Tənəffüs ifrazatı ilə təmasdan dərhal sonra əllər təmizlənməlidir;

-Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər