Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Nə yaxşı ki, tanımışam dediyim Adam, 80-nin mübarək!- Şərbət Əli Ümrəyə təbrik

Baxılıb: 3157     Tarix: 22-03-2020 12:52   
Nə yaxşı ki, tanımışam dediyim Adam, 80-nin mübarək!- Şərbət Əli Ümrəyə təbrik
Elə insanlar var ki, ilk görüşdən sənə elə gəlir, onu çoxdan tanıyırsan. Bir doğmalıq, bir məhrəmlik hiss edirsən. Adətən belə adamlar üzü nurlu, danışığı, davranışı ilə elə ilk andanca böyüklüyü ilə diqqət çəkən olurlar. Eynən onun kimi. Ürəyinin gözəlliyi, saflığı, halal adam olması dupduru gözlərindən elə aydın oxunurdu ki... Bu gün 80 yaşına varan dəyərli ziyalı Şərbətəli Mahmudovla(Şərbət Əli Ümrə) ilk tanışlıq təəssüratımdı yazdıqlarım. Və sonralar məlum oldu ki, yanılmamışam , elə üzündən oxuduğum qədər, ondan da artıq böyük və gözəl ürəyə malik bir insandı Şərbətəli müəllim. Şərəfli və örnək bir ömür yaşayıb, halal zəhmətilə 10 övlad yetişdirib cəmiyyət üçün. Yüzlərlə insana biliyindən pay verib, elmin qapılarını açıb onlar üçün.
Şərbətəli müəllim 1940-ci ilin bu günündə Şabran rayonunun Çaraq kəndində dünyaya gəlib. Qanlı-qadalı müharibə illərinə təsadüf edən uşaqlığı və sonralar hər cür çətinliyə sinə gərən gəncliyi həm də atasızlıq adlı ağır yükü daşımaqla keçib. Müharibədən dönməyən atasının yoxluğu ağrı-acıya, ailənin çətin dolanışığına səbəb olsa da Ş.Mahmudovun təhsil almasına mane ola bilməyib. O, əvvəl orta ali, daha sonra ali təhsil alıb. Düz 51 il öyrəndiklərini sevə- sevə öyrətməklə məşğul olub. Müəllim, pedaqoq adını uca tutut, şərəfli peşənin adını doğruldub həmişə. Müəllim kimi, ata kimi şagirdlərinin, övladlarının vətəndaş, cəmiyyətə, Vətənə xeyirli övlad kimi yetişməsində ucalıqda duran bir məqamı var bu günün qəhrəmanının. Ağsaqqal müdrik insanların qazandığı addı. Baxmayaraq ki, nisbətən yaşlı adamlara da o adla müraciət olunur, hərfi mənada- fiziki görünüşün qocalıq simasını alması baxımından. Əslində ağsaqqallıq müdrikliyin obrazlı şəklidi. Şərbətəli müəllim də yaşı ilə deyil müdrikliyi, ziyalılığı ilə qazanıb bu adı. İnsanlığa xas olan müsbət keyfiyyətləri özündə cəmləyən müdrikin bir ayrı özəlliyi də var- sözə könül verib, sözlə sevdalaşıb. İndiyədək müxtəlif mövzularda şeirlərin yer aldığı “Ömrün qürub çağı”, “Hər çiçəkdən bir ləçək” , “Ömrün səksəninci baharı” adlı kitabları işıq üzü görüb. Şairlikdə iddiası olmasa da qısa zamanda ədəbi cameənin üzvünə çevrilib. Yerini bilən, məqamını gözləyən, az danışıb çox söz deyən, ağayana davranışlı Ş. Mahmudov Tanrı qarşısında da alnıaçıqdır. İmanlı, ibadətlidir. Müqəddəs Məkkəyə səfər edib, Ümrə ziyarətini həyata keçirib.Məhz bundan sonra Şərbətəli Mahmudov Ümrə (Şərbət Əli Ümrə) təxəllüsü ilə çap olunub.
Təbiətin bu həzin, al-əlvanlığı, xoş havası ilə könülləri oxşayan çağında dünyaya gəlmək də bir xoşbəxtlikdir. Bəlkə də elə bu gözəlliklərdi qəhrəmanımın xarakterinə, xasiyyətinə yansıyan. Həlim xasiyyəti, mehribanlığı, pəsdən danışığı, ifallı davranışı ilə baharın səssiz danışan gözü ilə çəkilən insan rəsmidi o. Ş.Mahmudov hazırda bütün bu gözəllikləri tamamlayan ailəsi ilə birgə Ağbaş kəndində yaşayır. Xeyirxahlığı, mərhəməti, halallığı, ümumən xarakterində cəm olmuş müsbətləri ailəsinə, övladlarına aşılamağı da bacarıb. Övladlarına ali təhsil verib, onlara vətəndaş kimi vəzifələrinin nə olduğunu izah edib. İndi hərəsi bir sahədə çalışaraq, dövlətə, millətə xeyir verməkdədirlər. El dili ilə desək hamısını yerbəyer edib, oğul-uşaq sahibidirlər.
Bir sözlə, Ş.Mahmudov Tanrı, ailə, cəmiyyət, dövlət qarşısında alnıaçıq və üzüağdır. Bu isə xoşbəxtlikdir. Qeyd etdiyim kimi bu gün Şərbətəli Mahmudovun 80 yaşı tamam olur. Bu münasibətlə örnək ömür yaşamış dəyərli ziyalımızı təbrik edir, bundan sonra da uzun, sağlam ömür və uğurlar arzulayırıq. Nə yaxşı ki, mən də tanımışam dediyim Adam 80-nin mübarək!


Sumqayitfakt.Az Şərbət Əli Ümrənin bir neçə şeirini təqdim edir:
Sevinc Qərib

AZƏRBAYCAN

Qəm yedik biz, əksilmədi kədərimiz,
Nankorlara qismət oldu çörəyimiz,
Taladılar apardılar var nəyimiz.
Dedilər döz, söylə dözək nə vaxtacan?
Susma, sən də de sözünü, Azərbaycan!

Nə vaxtdandır torpağımız bölük-bölük,
Biz çouna dost desək də, çıxdı dönük.
Qalmışıq biz sinəsi dağ, bağrı sökük,
Dedilər döz, söylə dözək nə vaxtacan?
Susma, sən də de sözünü, Azərbaycan!

Ermənilər sahib çıxdı İrəvana,
Zəngəzuru pay göndərdik Mikoyana,
Xankəndimiz paytaxt oldu Şaumyana.
Dedilər döz, söylə dözək nə vaxtacan?
Susma, sən də de sözünü, Azərbaycan!

Yox Şuşanın, Xocəvəndin səs-sorağı,
Xocalının söndürüldü od-ocağı,
Bütövlükdə zəbt etdilər Qarabağı.
Dedilər döz, söylə dözək nə vaxtacan?
Susma, sən də de sözünü, Azərbaycan!

İşğal oldu Ağdam, Qubadlı, Kəlbəcər,
Laçın, Cəbrayıl, Zəngilan getdi hədər,
Bu ağrıya Füzulimiz necə dözər?
Dedilər döz, söylə dözək nə vaxtacan?
Susma, sən də de sözünü, Azərbaycan!

Otuz ildir vəd verirlər bu AŞPA-lar,
Otuz ildir bu qətnamə, bu qərarlar,
Bir iş görmür bu qurumlar açıq-aşkar,
Dedilər döz, söylə dözək nə vaxtacan?
Susma, sən də de sözünü, Azərbaycan!

Bu inkişaf, bu yüksəliş bizdə ki, var,
El istəsə min dağı dağ üstə qoyar,
Ordmuz var, ermənini bu gün qovar,
Dedilər döz, söylə dözək nə vaxtacan?
Susma, sən də de sözünü, Azərbaycan!

YAR DÜŞƏ

Dəli könül, gülüstana gəlsənə,
Bəlkə, yarı çağırasan görüşə.
Pünhanı gəl, bağban xəbər tutmasın,
İstəmərə səs yayıla, car düşə.

Məhəbbətin şölələnə alışa,
Tale gülə, ulduzumuz barışa.
bel bağlama nə payıza, nə qışa.
Sevgi baharına qoyma qar düşə.

Sevdiciyin növrəstədir, tər çiçək,
Günəştək bərq vurur,yanağı göyçək.
Adına söz qoşar hər ağzıgöyçək
Olmaya ki, gül üstünə xar düşə.

MƏNİM ANDIM

Haqdan doğan günəşik biz,
Parlayarıq, heç sönmərik.
Haqqa doğru gedirik biz,
Yolumzdan bil, dönmərik.

Babalarım- Qazan, Babək,
Yəhər olub bizə beşik.
Ulu nənəm Banu Çiçək,
Halal-hümmət süd əmmişik.

Doğulmşuq at belində,
At çapmışıq, at minmişik.
Qartal təki göy üzündə,
Qorxu nədir bilməmişik.

Uşaqlıqdan qılınc, qalxan,
Olmuş mənim oyncağım.
Bir də daim dalğalanan,
Başım üstə bu bayrağım.

Mübarizəm- bir əsgərəm,
Qranitdən yoğrulmuşam.
Türk oğluyam- dönməz ərəm,
Şəhidlikçün doğulmuşam.

Bir döyüşdən çəkinmədim,
Qisasıma mən can atdım.
Son nəfəsdə "Vətən" dedim,
Şəhidlikdir mənim andım.

ŞABRANIM

Gəl gəzib-dolanaq ana yurdmu,
Yal-yamacı, həm dağı var Şabranın.
Yaşıl ormanları, palıd meşəsi,
Aranı var, yaylağı var Şabranın.

Elə ki, çıxırsan Çaraq düzünə,
Meh vurur, sərinlik hopur üzünə.
Haqqı vardır havasıyla öyünə,
Dildə gəzən sorağı var Şabranın.

Yeni libas gyər hər bahar çağı,
Çiçəklər bağ-bağça, həm üzüm bağı.
Bol məhsl yetirər münbit torpağı,
Ürək açan növrağı var Şabranın.

Tarix soraqlıdır Çıraqqalası,
Avqustda ərimir buz mağarası.
İlboyu çox olur qonaq-qarası,
Şəfa verən ocağı var Şabranın.

Şərbət Əli Ümrə
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər