Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Qaş və kipriklərin tökülməsi

Baxılıb: 348     Tarix: 20-03-2020 13:03   
Qaş və kipriklərin tökülməsi

Qadınların tez-tez üzləşdiyi problemlərdən biri qaş və kipriklərin tökülməsi və zəifləməsidir. Təbii ki, insan orqanizmi daim yeniləndiyi üçün normaldır. Lakin bu şiddətli hal aldıqda həkimə müraciət etmək lazımdır. Əksər hallarda buna kimyəvi maddələr, keyfiyyətsiz kosmetik vasitələr, bəzən də daxili problemlər səbəb olur.

Sumqayitfakt.Az Azərtac-a istinadən bildirir ki, həkim-dermatoloq Solmaz Orucova deyib: "Qaş və kipriklərin tökülmə səbəbləri hormonal problemlərlə əlaqədar olur, həmçinin hamiləlik dövrü və stress də ona səbəb olan əsas amillərdəndir. Süni kipriklərdən istifadə zamanı kipriklərin dibi tamamilə bağlı olduğuna görə soğancıqların cücərməsinə zərər verir. Süni kipriklərin tökülməsini laminasiya ilə bərpa etmək mümkündür".

Gündəlik qida rasionunun çoxçeşidliyi və rəngarəngliyi daha sağlam və gur kipriklərə sahib olmağa kömək edir. Vitamin və mikroelementlər qaş və kipriklərin uzanma və güclənməsinə kömək edir.

Həkim-dermatoloq bu barədə məsləhət verərək bildirib: "Dəri kimi kiprik və qaşlar üçün də bir müddət makiyajsız qalmaq, nəfəs almaq faydalıdır. Bundan əlavə onlara düzgün qulluq göstərməklə də inkişafını təmin etmək olar".

Onun dediyinə görə, qaş üçün istifadə olunan yağlardan biri də gənəkərçək yağıdır. Gənəkərçək yağı kipriklərin uzanmasına və daha qalın görünməsinə kömək edir. Normal halda yatmazdan əvvəl qaşa və kipriyə çəkilməsi müalicəvi təsir göstərir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər