Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitləri belə xərclənəcək

Baxılıb: 462     Tarix: 19-03-2020 16:50   
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitləri belə xərclənəcək

Fəaliyyəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edən Fond büdcə vəsaiti və könüllü ödəmələr əsasında formalaşacaq

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Manevr.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

- Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti;

- fiziki və hüquqi şəxslərin könüllü ödəmələri;

- qanunla qadağan olunmayan digər mənbələr.

Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılır.

Fondun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər. Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında qalan xərclənməmiş vəsait bu Qaydada nəzərdə tutulan işlərin maliyyələşdirilməsinə yönəldilir və ya dövlət büdcəsinə qaytarılır. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır. Fondun vəsaitindən koronovirusla mübarizə üzrə aşağıdakı istiqamətlərdə istifadə olunur:

- tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə;

- tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına);

- xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına;

- nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;

- tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;

- tibb sahəsində mütəxəssislərin hazırlanmasına;

- təbliğat və maarifləndirmə işlərinə;

- koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.

Fondun vəsaitindən bu Qaydada nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər