Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Qanın ümumi analizi onkoloji xəstəliyi göstərirmi? – Analizin asan təhlili

Baxılıb: 3217     Tarix: 14-02-2020 09:28   
Qanın ümumi analizi onkoloji xəstəliyi göstərirmi? – Analizin asan təhlili

Qanın ümumi analizi ən ucuzu, ən asanı və savadlı həkim üçün xəstənin şəxsiyyət vəsiqəsi kimidir.

Çox oxucular soruşur ki, qanın bircə ümumi analizi ciddi xəstəlikləri, xüsusən şişlərin olub-olmamasını göstərə bilərmi və bunu necə bilək?

Sumqayitfakt.Az medicina.az-a istinadən bildirir ki, bəli, bu mümkündür. Düzdür, qanın ümumi analizini həkimdən başqası düzgün dəqiq təhlil edə bilməz. Amma yenə də bəzi məqamlar xəstəyə çox şeyi bəlli edir.

- Qanın ümumi analizində əsas leykositlərin səviyyəsinə baxılır. Məhz bu qan hüceyrələri infeksiya və mikrobla mübarizə aparır. Əgər onlar normadan yüksək çıxıbsa, deməli orqanizm iltihabi, virus və ya bakterial bir xəstəliklə mübarizə aparır. O xəstəliyin harda olmasını isə terapevt təyin edəcək

- Neytrofillər - mikrob və bakteriyaları udur. Leykositlərə kömək edir. Yüksək olması ciddi iltihaba işarədir. Xüsusən kəskin appendisit, hər hansı daxili iltihabda kəskin artır.

- Eozinofillər - allergiya, qurd, parazitlərə işarədir. Yüksəkdirsə, bundan şübhələnmək olar.

- Hemoqlobin - azdırsa, deməli qanazlığı, dəmir defisiti var. İnsanın yorğun, halsız, bənizi ağ, gözünün altı tünd, ürək ritmi artıbsa, mütləq qanda hemoqlobin az çıxacaq. Normadan aşağı yəni 120 minimum həddir. 120 -dən aşağı rəqəm qanazlığıdır və buna keçəcək deyə yanaşmaq olmaz.

- Eritrositlər - azalıbsa deməli anemiya var. Əgər artıbsa, çox yüksəkdirsə ciddi zəhərlənmə, bədənin toksinləşməsi, ürək-damar xəstəlikləri ola bilər

- Trombositlər - qanın laxtalanmasına cavabdehdir. Yüksəlibsə qan çox qatıdır və tromb yaranır və ya yaranacaq. Azalıbsa qan həddən artıq durudur, damardaxili qanaxma, qansızma ola bilər. Eləcə də bu göstəricilər xəstə hər hansı dərmanlar, qandurulaşdırıcılar qəbul edəndə dəyişir.

- Eritrositlərin çökmə sürəti - EÇS (SOE) deyilən göstərici əsas məsələni göstərir. Normadan yuxarı çıxma bədəndə ciddi iltihabi proses, irin, hər hansı kist və onkoloji prosesə işarədir. Adətən göstərici 100-ə yaxın və ya ondan çox olanda onkoloji şübhə araşdırılır


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər