Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu

Baxılıb: 382     Tarix: 13-01-2020 18:26   
“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Siyəzən rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinin II mərhələsi Siyəzən Gənclər Mərkəzində icra olundu.

Sumqayitfakt.Az xəbər verir ki, Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov çıxış edərək iştirakçıları salamlamış, layihənin əhəmiyyətindən, tarix boyu ermənilərin vətənimizə qarşı işğal siyasətindən, törədilən vəhşiliklərdən danışmış, dünya ictimaiyyətinin bu hadisələrə biganə qalmaması üçün gənclərin maarifləndirməsi və təbliğat işinin sürətləndirilməsinin vacibliyini vurğulamışdır. N. Məmmədov qeyd etdi ki, bu gün ölkənin müdafiəsi müasir texnologiyalar əsasında durmadan inkişaf edir ona görə də Qafqazın ən güclü ordusu hesab edilən  Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir. 
Layihə rəhbəri Əli Miriyev çıxışında layihənin Azərbaycan Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, məqsədin Qarabağ ərazisində olan və münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında məlumatları gənclər arasında təbliğ etmək və informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edərək dünya ictimaiyyətinə çatdırmaqdır. Bildirildi ki, bu istiqamətdə ən gözəl nümunə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" kampaniyasıdır.
Daha sonra layihə təlimatçısı tərəfindən erməni işğalı nəticəsində məhv edilmiş və saxtalaşdırılmış mədəni irsimiz haqqında elektron təqdimat edilmiş, məlumatların paylaşılması, göndərilməsi məqsədilə müvafiq həştaq və beynəlxlaq təşkilatların elektron ünvanları iştirakçılara çatdırılmış və maarifləndirici bukletlər paylanılmışdır.

Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər