Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda Yeni il gecəsi 66 minlik oğurluq olub - ŞƏKİLLƏR

Baxılıb: 478     Tarix: 11-01-2020 15:45   
Sumqayıtda Yeni il gecəsi 66 minlik oğurluq olub - ŞƏKİLLƏR

Sumqayıt şəhəri Xudafərin küçəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Hadisə ilə bağlı polisə müraciət edən ev sahibi dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə evdə olmadığı müddətdə mənzildən 31 450 avro, 4300 ABŞ dolları, 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “TP-link” markalı aparatın oğurlandığını bildirib. Zərərçəkən ona ümumilikdə 66 611 manat maddi ziyan dəydiyini qeyd edib.

Qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Musa Bayramov, Rövşən Ağayev və onun qardaşı Rüstəm Ağayev saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü evin hasarından əvvəlcə Rövşən Ağayev və Musa Bayramov həyətə düşüblər. Rüstəm Ağayev isə pusquda dayanıb.

Daha sonra dəstə üzvləri mənzilin qapısının üzərində barmaqlıqlar olmayan pəncərənin şüşəsini qıraraq mənzilə daxil olublar. Mənzilin qapısı açılandan sonra dəstənin digər üzvü Rüstəm Ağayev də evə girib. Saxlanılan şəxslər evin yataq otağında olan külli miqdarda pulu və bir ədəd televizoru götürəndən sonra hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, saxlanılan şəxslər biri Rüstəm Ağayev hadisədən sonra ona çatan pulun bir hissəsi ilə özünə “Volkswagen” markalı avtomobil alıb. Həmin nəqliyyat vasitəsi də polislər tərəfindən müəyyən edilərək saxlanılıb. Dəstə üzvləri hadisədən sonra qapını qırmaq üçün istifadə etdikləri dəmir parçasını, həmçinin sındırdıqları şüşə qırıntılarını özləri ilə götürərək evdən bir qədər kənara atıblar.

Dəstə üzvü Rüstəm Ağayev evdən oğurladığı televizoru isə mənzilin yaxınlığında olan orta məktəbin həyətində gizlədib. Həmin televizor da aşkar edilərək polislər tərəfindən götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir./qafqazinfo

Sumqayitfakt.Az







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər