Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Universitetdən ölən tələbələrlə bağlı AÇIQLAMA - Onlara bildirilmişdi ki...

Baxılıb: 353     Tarix: 10-01-2020 13:40   
Universitetdən ölən tələbələrlə bağlı AÇIQLAMA - Onlara bildirilmişdi ki...
Bakının Səbail rayonunda baş vermiş yanğın hadisəsi zamanı dünyalarını dəyişmiş Şri Lanka Respublikasının vətəndaşları ilə bağlı Qərbi Kaspi Universiteti açıqlama yayıb.

Sumqayitfakt.Az universitetin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənərək dünyalarını dəyişmiş 3 Şri Lanka Respublikası vətəndaşından ikisi – Malsha Sandeepani və Tharuki Amaya Qərbi Kaspi Universitetinin ingilis dili hazırlıq kurslarında dinləyici qismində iştirak ediblər.

Bir qayda olaraq, bu kurslara əcnəbilər fərdi qaydada və ya bu sahədə xidmət göstərən müxtəlif Agentliklər vasitəsilə müraciət edirlər. Hazırki halda Şri Lanka Respublikasının vətəndaşları Agentlik vasitəsilə Qərbi Kaspi Universitetində həyata keçirilən ingilis dili hazırlıq kurslarında iştirak etmək istəkləri ilə bağlı müraciət etmiş və adıçəkilən əcnəbi vətəndaşlara hazırlıq kurslarının şərtləri barədə məlumat göndərilmişdir. Həmçinin Universitetin yataqxanasının olmadığı və kirayə mənzil xidməti göstərmədiyi də onlara bildirilmişdir.

Daha sonra adları çəkilən əcnəbi vətəndaşlar 11 avqust 2019-cu il tarixli, 144 nömrəli Əmrlə 20 avqust 2019-cu il tarixindən hazırlıq kursunun dinləyiciləri sırasına qəbul edilmişlər.

Əcnəbi dinləyicilər Azərbaycan Respublikasına gəldikdən sonra özləri kirayə mənzil taparaq orada yaşamışlar.

Qərbi Kaspi Universiteti olaraq bədbəxt hadisədən təəssüf hissi keçirir və dünyalarını dəyişmiş əcnəbi vətəndaşların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər