Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

İspaniyada iki karateçimizə 1000 avro pul verildi - ŞƏKİL

Baxılıb: 246     Tarix: 02-12-2019 12:53   
İspaniyada iki karateçimizə 1000 avro pul verildi - ŞƏKİL

Azərbaycan karateçiləri İspaniyanın paytaxtı Madriddə keçirilmiş Premyer Liqa turnirində mövsümün son mərhələsini iki medalla başa vurub.


Dünya Karate Federasiyasının (WKF) ən mötəbər liqasında İrina Zaretskaya (-68 kq) qızıl, Pənah Abdullayev (-84 kq) isə bürünc medal qazanıb.

Nuranə Əliyevanın (-50 kq) üçüncü yer uğrunda həlledici görüşü uğursuz alınıb.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıların mükafatlandırma mərasimində iştirak edib. İspaniyada yarışda 89 ölkədən 737 karateçi mübarizə aparıb. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən, dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları qazanıb.

Karate1 Premyer Liqasının Madrid mərhələsində həmçinin ilin yekununa əsasən fərqlənən idmançılar “Grand Winners” mükafatlarına layiq görülüb. 2019-cu il mövsümünün nəticələrinə əsasən “Grand Winners” mükafatını qazananlar arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayev (-75 kq) və İrina Zaretskaya (-68 kq) da var.

Rafael Ağayev bu yarışda ilk görüşdə uduzub, medalsız qalsa da, ilboyu keçirilən yeddi Premyer Liqa yarışlarında bütün rəqiblərindən çox mükafat qazanıb. Belə ki, o, Moskvadan qızıl, Paris və Tokiodan gümüş, Dubay və Rabatdan bürünc medalla dönüb. O, yalnız iyunda Şanxaydakı turnirdə iştirak etməyib.

İrina Zaretskaya isə ardıcıl üçüncü Premyer Liqada da qızıl medal qazanmaqla İsveçrədən olan əsas rəqibi Elena Kuiritsini qabaqlayıb. Ukraynalı legionerimiz bu ilin fevralında Dubayda da gümüş medal qazanıb.

Hər iki idmançımız ikinci dəfə “Yaxşıların Ən Yaxşısı” adını qazanır. Rafael Ağayev ardıcıl ikinci dəfə bu ada layiq görülür. İrina Zaretskaya isə 2017-ci ildə bu mükafatı qazanıb. Mükafatın təqdimatı 26 yanvarda Fransanın paytaxtı Parisdə olacaq./oxu.az

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər