“Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən təlim keçirilib - ŞƏKİLLƏR
Baxılıb: 3116 Tarix: 02-12-2019 12:43

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə “Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən Sumqayıt şəhər Gənclər evində “Tələbər arasında “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirək” layihəsi çərçivəsində ilk təlim keçirilmişdir. Təlimdə Sumqayıt şəhərində yerləşən ali, orta ixtisas, peşə təhsil müəssisələrinin tələbələri və ümumtəhsil müəssilərinin şagirdləri iştirak etmişdir.
Sumqayitfakt.Az xəbər verir ki, təlim ekspert, təlimçi Ramil Süleymanov tərəfindən kerilmişdir, təlimdə robot texnologiyalarının tətbiqi, “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirilməsi metodları barədə interaktiv müzakirələr və qru işləri həyata keçirilmişdir.
Layihənin məqsədləri - şagirdlər və tələbələr arasında hesablama düşüncəsini inkişaf etdirmək, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş oyun tipli təhsil platformasında şagirdlərə öz bilik və bacarıqlarını kəşf etməyə imkan yaratmaqdır.





loading...
Ən çox oxunanlar