Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

Balaca evdə böyük xoşbəxtlik: Sumqayıtdan olan 14 uşaqlı ailə necə yaşayır...

Baxılıb: 450     Tarix: 01-12-2019 16:41   
Balaca evdə böyük xoşbəxtlik: Sumqayıtdan olan 14 uşaqlı ailə necə yaşayır...



Sumqayitfakt.Az
bildirir ki, Sputnik Azərbaycan ölkəmizin ən xoşbəxt ailələrindən birinin qonağı olub. Bu ailədə 24 il ərzində 14 övlad dünyaya gəlib. Çoxuşaqlı ailənin necə yaşadığını reportajımızdan öyrənin.

Adi, dördmərtəbəli bina. Sonuncu mərtəbəyə və bizə lazım olan mənzilə qalxırıq. Pilləkənin sonunda qapının arxasından uşaq gülüşləri eşidilir. Qapını üzümüzə çoxuşaqlı ailənin başçısı Oleq Zabolotnı açır. Mənzildən pıçıltı səsləri və gülüş eşidilir. Çoxuşaqlı ana Anna Zabolotnaya yanımıza gəlir.

Otaqdan öncə 7-8 yaşlı oğlan uşağı görünür. Onun arxasınca bacıları gəlib, birağızdan salamlaşır, ancaq utanırlar. Bir neçə dəqiqədən sonra mavi gözlü, hündürboylu qız içəri daxil olub, körpələri mətbəxə aparır. İndi çay içəcəklər.

Sevgini necə böyüdürlər

Sumqayıt şəhərində yaşayan Oleq və Anna Zabolotnılar 14 uşaq böyüdür. Böyük övlad - Venyaminin artıq 23 yaşı var, ən kiçik övladın isə 4 yaşı var.

Tanışlıq vaxtı cütlük həyatın onlara bu qədər uşaq ürəklərində döyünən belə bir ailə xoşbəxtliyini bəxş edəcəyini təsəvvür belə etməzdi.

"İki uşaq atası olan dostlarımdan biri çətinliklə dolanmağından tez-tez şikayətlənir və həmişə məndən on dörd uşağı necə saxladığımızı soruşur. Mən özüm də bilmirəm. İnam kömək edir. Bu gün çörək var yeyəcəyik, sabah isə görək başımıza nə gələcək. Uşaqların geyimi var, hamısı məktəbə gedir. Böyük uşaqlarım kollecdə oxuyur və işləyirlər", - Oleq danışır.

Ailə Sumqayıtın yerli sakinlərindəndir, paytaxt Bakıya isə heç getməyə cəhd etmirlər. Onlar bu şəhərdə də özlərini komfortda hiss edirlər. Oleq evlərin təmiri ilə məşğul olur, əlindən çox iş gəlir. Bu yaxınlarda o, öz evinin mətbəxini təmir edib. Anya evdar qadındır. Onun günü səhər saat 6-dan başlayır: əvvəlcə o, balacaları məktəbə yola salır - uşaqların üzünü yumaq, saçlarını daramaq, geyindirmək və yedizdirmək lazımdır. Daha sonra isə böyük uşaqları məktəb və işə yola salır. Bundan sonra isə ev işlərini görmək vaxtı yetişir - bütün ailə üçün nahar hazırlamaq, təmizləmək, yumaq, Dima ilə gəzmək. O, ailənin ən həssas fərdidir: 7 yaşlı uşaq "Daun sindromu"ndan əziyyət çəkir.
"Çox təəssüflər olsun ki, bizim şəhərdə Dima kimi uşaqlar üçün ixtisaslaşmış hospital mərkəzlər yoxdur. Bir neçə dəfə onu "Daun sindromu"ndan əziyyət çəkən şəxslər üçün reabilitasiya mərkəzinə apardıq. Lakin kiçik övladım olanda, mən evdə qalmalı oldum. Hamıya nəzarət etmək lazımdır. Dimanı müalicəyə heç cür apara bilmirik. Bacardığım qədərilə onu inkişaf etdirməyə çalışıram".

Çətinliklər və xoş anlar barədə

Ailə üçün hazırda ən kəskin məsələ ev məsələsidir. Uşaqların sayı beşə çatanda ailə artıq ikiotaqlı mənzilə yerləşmirmiş. Uçota dayanıblar, müavinət almağa başlayıblar, bu yaxınlarda sosial yardım məsələsini həll ediblər, lakin mənzil sahəsinin genişləndirilməsi ilə bağlı məsələ hələ də açıq qalır. Qızlar bir otaqda, oğlanlar digər otaqda, Oleq və Anya mətbəxdə yatırlar. Və şikayətlənmirlər, əksinə, əllərində olan hər şeyə görə şükür edirlər.

"Mən uşaq müavinətini düzəldəndə dedilər ki, onu yalnız beş uşağa verə bilərlər - qanunda belə bir bənd var və bunu dəyişmək mümkün deyil. İndi baxın: əgər bütün ailə üçün məbləğ iki min manata qədərdirsə, bu gün biz yalnız 600 manat alırıq", - Oleq deyir.

Anya bildirir ki, beş uşaqla dükana getmək asan deyil: hamısı cərgələrin arası ilə qaçırlar, onlara nəzarət etmək lazımdır, üstəlik alış-veriş də etməlisən. İndi, uşaqların sayı üç dəfə artıqdan sonra dükan səfəri üç yerə bölünüb - birinci dəfə marketə ən vacib şeylərin arxasınca gedirlər, sonra ata evə qayıdıb oğlanları götürərək bazara meyvə-tərəvəz üçün gedir, bundan sonra isə ana yenə qızlarla dükana gedir.

"Çox istərdim ki, şəxsi nəqliyyatımız olsun, lakin minik avtomobili artıq bizə yaramaz. Yəqin ki, mikroavtobus lazımdır (gülür). Onda Dimanı müalicəyə aparmaq asan olardı", - Anya deyir.

"Oy, bütün bunlar sizinkilərdir?"

Ailə, hətta natamam bir tərkibdə gəzməyə gedəndə, ətrafdakı insanlar maraqla baxır və hər zaman eyni sualı verirlər "Oy, bunlar sizinkilərdir?". Valideynlər gülərək, cavab verirlər ki, "hələ bunlar hamısı deyil".

Yeri gəlmişkən uşaqların hamısı evdə valideynlərinə kömək edirlər: Böyüklər balacaların qayğısına qalırlar. Özləri şirniyyatçılardan öyrənir və demək olar ki, hər həftə sonu evdə hazırlanan şirniyyatlarla ailə üzvlərini sevindirirlər.

Ailənin həyatını rayonun rahat infrastrukturu asanlaşdırır. Məktəb yaxınlıqda olduğu üçün uşaqlar məktəbə özləri gedib-gəlirlər.

İdman və yaradıcılıq bölmələri ilə vəziyyət hələ də çətindir. Ailə uşağın məşğuliyyəti üçün 30 manat ayırmaq imkanında deyil.

Ancaq balaca uşaqlar ruhdan düşmür, evdə şəkil çəkir, ustad dərsləri təşkil edir, böyüklər isə muncuqda əşyalar toxuyur və ağacdan brelok hazırlayırlar.

"Qoy gənc analar öz ürəklərinin səsinə qulaq assınlar!"

Artıq bir mətbəx masası arxasına sığmayan mehriban Zabalotnı ailəsi belə yaşayır. Bu gün şam yeməyinə şorba var. Desert üçün isə böyük qardaş naringi gətirib. Boşqablara vurulan qaşıqların səsi eşidilir. Anya dincəlmək üçün bir saniyəlik dayanır və yenə uşaqların qışqırığı eşidilir: "Ana, naringi olarmı?"

"Allah versə, mən 15-cini də istəyirəm. Uşaqlardan zövq alırsan axı. Onların gözlərinə baxırsan və başa düşürsən ki, xoşbəxtlik budur", - Anya sevgi ilə qızının gözlərinə baxır.

O etiraf edir ki, sadə ailə məsələlərinin həllindən tutmuş, təcili problemlərin həllinə qədər heç nəyi problem kimi qəbul etmir. Bu sadəcə həyatdır.

"Xüsusilə gənc analara məsləhət görərdim ki, ürəklərinin səsini dinləsinlər", - sonda çoxuşaqlı ana bizə bildirir.

Rəqəmlər

Azərbaycanda bu gün beş və ya daha çox uşağı olan qadınlara verilən sosial müavinətlərin miqdarı hər uşağa görə 55 manatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, ailənin altı uşağı varsa, cəmi aylıq məbləğ 330 manat təşkil edir.
Hal-hazırda beşdən çox uşağı olan 9 min qadın belə müavinət alır.

Xatırladaq ki, parlamentdə 2020-ci il dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmasının vacibliyini bildirib.

Millət vəkili eyni zamanda çoxuşaqlı ailələrə güzəştli ipoteka kreditləri şərtlərinin də şamil edilməsini təklif edib.

Sumqayitfakt.Az












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər