Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

Tibbi sığorta haqda şad xəbər: ekspert nəticələri açıqladı

Baxılıb: 3110     Tarix: 30-11-2019 11:30   
Tibbi sığorta haqda şad xəbər: ekspert nəticələri açıqladı

İcbari tibbi sığortaya keçidi tənzimləyən aidiyyəti qurumun başlıca hədəfi ölkə vətəndaşlarına ən yüksək tibbi xidmət göstərə biləcək bir sistemin qurulmasıdır.

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov icbari tibbi sığorta ilə bağlı danışarkən deyib. O bildirib ki, artıq bir neçə ildir ölkənin səhiyyə sisteminin icbari tibbi sığortaya keçirilməsi istiqamətində intensiv işlər görülür:

“İcbari tibbi sığortaya keçidi tənzimləyən aidiyyəti qurumun başlıca hədəfi ölkə vətəndaşlarına ən yüksək tibbi xidmət göstərə biləcək bir sistemin qurulmasıdır. Yəni burada sadəcə texniki olaraq yeni tibbi xidmət sisteminə keçməkdən söhbət getmir. Məsələ bu xidmətin ən yüksək standartlar səviyyəsində təşkil edilməsidir. Elə buna görədir ki, keçiddən öncə ölkənin üç bölgəsində - Mingəçevir və Yevlax şəhərlərində 3 ilə yaxın, Ağdaş rayonunda isə 2 ilə yaxın müddət ərzində tibbi sığorta sistemi üzrə sınaq layihələri reallaşdırılır”.

İqtisadçı bildirib ki, vətəndaşlarımızın bu sınaqdan məmnunluq səviyyəsinin belə yüksək olacağı gözlənilməz olub:

“Nəticələr kifayət qədər uğurlu alındı. Bu uğurun ən yaxşı göstəricisi sınaq keçirilən bölgələrdə əhali arasında keçirilmiş tam müstəqil bir sorğunun nəticələridir. Mən bu sorğunun nəticələrini təsadüfən əldə edə bildim. İnsanların icbari tibbi sığortadan məmnunluğu 90%-dən çoxdur”.

Professor deyib ki, icbari tibbi sığortaya keçidin mərhələli şəkildə olması daha məqsədəuyğundur:

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edib. Birinci mərhələdə, yəni yanvar-mart ayları ərzində şimal bölgəsində 20 rayon, aprel-iyun aylarında qərb bölgəsində 17 rayon, iyul-sentyabr aylarında cənub bölgəsində 14 rayon, oktyabr-dekabr ayları ərzində isə Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda icbari tibbi sığorta tətbiq olunacaq”.

F.Yusifov bildirib ki, dövlətin yaxın 3 il ərzində tibbi sığorta üçün öz xəzinəsindən hər bir vətəndaşa 90 manat vəsait ödəmək barədə qərarı, eyni zamanda qanunda edilən dəyişiklik nəticəsində vətəndaşların, xüsusilə də qeyri-neft sektorunda çalışanların və bu sektora aid müəssisələrin tibbi sığorta ödənişlərinin əsaslı şəkildə azaldılması dövlətimizin sosial mahiyyətinin bariz təzahürü kimi dəyərləndirilməlidir:

“1990-cı illərin ikinci yarısından başlayaraq, ölkədə büdcənin xəzinədarlıq sisteminin qurulması ilə bağlı durumu xatırlayıram. Buna qədər büdcə vəsaitlərinin bölgüsünü özləri istədikləri kimi aparan təşkilatların rəhbərləri birdən-birə onların əlindən bu səlahiyyətlərin alınmasından çox narahat olmuşdular. Hətta onlardan bəziləri ölkə başçısına müraciət edərək təşkilatlarının bir müddət “köhnə qaydalarla” fəaliyyət göstərməsinə razılıq almaq belə istəmişdi. Təbii ki, heç kimə istisna verilmədi və verilə də bilməzdi. Bir neçə ildən sonra qurulan xəzinədarlıq sistemi büdcənin gəlir və xərclərinin tam şəffaf bir şəkildə idarə olunmasına gətirib çıxartdı. Heç şübhə etmirəm ki, İcbari Tibbi Sığorta sisteminin fəaliyyəti də bir neçə ildən sonra bu şəkildə mükəmməl ola biləcək”.

Professorun sözlərinə görə, icbari tibbi sığortaya sonradan keçən bölgələrdə də insanlar dövlət tibb müəssisələrində tibbi sığorta xidmətlərindən yararlana biləcəklər:

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı təkliflərdə sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusuna təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər