Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

Reyhan Camalova daha bir mükafata layiq görüldü

Baxılıb: 353     Tarix: 29-11-2019 14:54   
Reyhan Camalova daha bir mükafata layiq görüldü

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin XI sinif şagirdi Reyhan Camalova Türkiyədə yeni mükafata layiq görülüb.

Reyhan Camalova İstanbulda keçirilən "TRT World Citizen Awards 2019”da yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunu kəşf etdiyi üçün "Gənclik” mükafatı ilə təltif edilib.

Mükafatlandırıma mərasimində çıxış edən R.Camalova təltif olunduğu üçün təşəkkür edərək öz uğurları barədə danışıb. Bu layihəni həyata keçirməkdə əsas məqsədin cəmiyyət üçün xeyirli bir addım atmaqdan ibarət olduğunu, "Gənclik” mükafatını isə gənclərin adından aldığını vurğulayıb.

Bununla yanaşı, o, dünyanın müxtəlif ölkələrindən təşəbbüsləri ilə diqqəti cəlb edən şəxlərlə də tanış olmaq imkanı qazanıb.

Qeyd edək ki, mükafatlandırılma mərasimində Türkiyənin birinci xanımı Əminə Ərdoğan da iştirak edib.

Onu da qeyd edək ki, Reyhan Camalova 4-5 aprel 2019-cu il tarixində Vyetnamın Hanoy şəhərində keçirilən Gənclər Sammitində (Youth Co:Lab Summit) spiker və juri qismində iştirak edib. Gənc ixtiraçı R.Camalova həmçinin 6 mart 2019-cu il tarixində Dubayda keçirilən "SME Beyond Borders 10X" biznes və sahibkarlıq konfransında da alternativ enerji mövzusunda çıxış edib, həmçinin "Rainergy” layihəsi ilə Azərbaycanı təmsil edib.

Reyhan Camalova "Sabahın alimləri” VIII Respublika müsabiqəsində "Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. Bu uğuruna görə də R.Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçirilmiş İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində "Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı əldə edib.

Eyni zamanda R.Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun gənc ixtiraçısı və dünya üzrə 100 nüfuzlu qadından biridir. Reyhan Camalovanın adı "Forbes"in Sənaye, istehsalat və enerji sahəsində "30 yaşdan aşağı 30 gənc araşdırmaçı" siyahısına da daxil edilib.

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər