Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

Sabiq nazirə YENİ VƏZİFƏ VERİLDİ

Baxılıb: 487     Tarix: 28-11-2019 16:37   
Sabiq nazirə YENİ VƏZİFƏ VERİLDİ

"Bu gündən mən Ana Vətən partiyası sədrinin sosial-iqtisadi məsələlər üzrə müavini keyfiyyətində fəaliyyətə başlayıram. Siyasi müstəvidə fəaliyyət seçimi etməkdə məqsədim dövlətimizə və dövlətçiliyimizə daha yaxından kömək etmək isyəyimlə bağlıdır".

Bunu sabiq Maliyyə naziri Fikrət Yusifov qeyd edib.

Sabiq nazir bildirib ki, bu təklif Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdan gəlib: "Mən Fəzail bəyi 30 ildən artıqdır ki, tanıyıram və onunla həmişə yaxın münasibətlərimiz olub. Fəzail Ağamalı dövlətini, xalqını ürəkdən sevən, dövlətinə və xalqına layiqli xidmət göstərən bir insandır. Onun əqidə bütövlüyü, mövqeyinin sabitliyi dövlətə və dövlətçiliyə tam səmimiyyətlə xidmət göstərməsinin əsasında dayanan başlıca şərtlərdir. Ölkəmizdə gedən iqtisadi və siyasi proseslərə münasibətdə bizim baxışlarımız üst-üstə düşür. Artıq bir xeyli vaxt idi ki, Fəzail bəylə mənim Ana Vətən Partiyasında iqtisadi bloka rəhbərlik etmək və sədrin iqtisadi məsələlər üzrə müavini qismində fəaliyyət göstərmək imkanlarımı müzakirə edirdik. Nəhayət, bu ilin noyabr ayının 20-də mən rəsmi olaraq partiyanın sıralarına qəbul olunmaqla bağlı ərizə ilə müraciət etdim".

F.Yusifov qeyd edib ki, ölkənin maliyyə nazirliyinə rəhbərlik etdiyi dövrdə də, ondan sonrakı illər ərzində də Heydər Əliyev ideyalarına sədaqətlə xidmət edib: "Son beş ildə ölkə mətbuatında Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı müxtəlif səviyyədən olan təhlil, açıqlama, araşdırma xarakterli yazılarla çıxışlar etmişəm. Bu çıxışlarımda səsləndirdiyim onlarla təkliflər öz tətbiqini müxtəlif səviyyədən olan qərarlarda, qanunlarda və digər normativ hüquqi aktlarda tapa bilib. Ana Vətən Partiyasına üzv olub bu siyasi müstəvidə partiya sədrinin iqtisadi məsələlər üzrə müavini kimi dövlətimizə və dövlətçiliyimizə daha çox fayda verə biləcəyimə inanıram".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər