Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

Bakıda kursant olmuş general KTMT-yə rəhbərlik edəcək

Baxılıb: 347     Tarix: 28-11-2019 16:32   
Bakıda kursant olmuş general KTMT-yə rəhbərlik edəcək

KTMT ölkələrinin başçıları Belarus nümayəndəsi Stanislav Zası 2020-ci ilin yanvarın 1-dən etibarən təşkilatın baş katibi vəzifəsinə təsdiqləyib.

“RİA Novosti” xəbər verir ki, bu barədə KTMT baş katibi səlahiyyətlərinin müvəqqəti icraçısı Valeri Semerikov danışıb.

“Bu gün dövlət başçıları Stanislav Zası 2020-ci ilin 1 yanvarından etibarən KTMT Baş katibi vəzifəsinə təyin edilməsi münasibətilə təbrik ediblər”, - Semerikov bildirib.

Xatırladaq ki, 1964-cü il təvəllüdlü Stanislav Zas hərbçi, dövlət xadimi, Belarus Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-leytenant, hərb elmləri namizədidir. O, 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.

1996-cı ildə Belarus Respublikası Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını fərqlənmə və qızıl medalla başa vurub./oxu.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər