Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 9 noyabr Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib -ŞƏKİLLƏR

Baxılıb: 3205     Tarix: 08-11-2019 19:49   
Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 9 noyabr Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər İcra hakimiyyətinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram teatrının qarşısında bayram konserti keçirilib. Konsertdə ölkənin xalq və əməkdar artistləri Mübariz Tağıyev, Yusif Mustafayev, Baloğlan Əşrəfov, Nüşabə Ələsgərli və digərlərinin ifasında maraqlı konsert proqramı təqdim olunub.

Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə kamança və fortepiano şöbəsi şagirdlərinin ifasında musiqi nömrələri, xalq çalğı alətləri ansamblı şöbəsi şagirdlərinin ifasında xalq və bəstəkar mahnıları, şagirdlərin ifasında vətənpərvər mahnılar dinlənilib.

S.Vurğun adına Mərkəzi kitabxananın oxu zalında “Zirvələrdə dalğalanan şanlı Bayrağım” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə Azərbaycan bayrağına həsr olunmuş məruzələr, biblioqrafik xülasə dinlənilib, şeirlər, mahnılar səslənib. Mərkəzi kitabxanın uşaq şöbəsində, filiallarında və Mərkəzi uşaq kitabxanasında da bayram tədbiri keçirilib. Oxucuların ifasında şerilər və mahnılar dinlənilib.

Nizami Gəncəvi adına Kitabxana Klubda “Dalğalanan ulu bayraq” adlı kompozisiya keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə kitabxanaçı Səadət Allahverdiyeva Bayraq günü haqqında oxuculara geniş məlumat verib. Kitabxananın oxucularının “Bayraqımız tariximizdir” mövzusunda məruzələri dinləilib. Sonra bayraqa, vətənə həsr olunmuş şeirlərdən ibarət kompozisiya nümayiş olunub. Tədbirdə bayraq gününə həsr olunmuş videoçarx, kitab sərgisi və rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgisi təqdim olunub.

Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əlamətdar gün münasibətilə məruzələr dinlənilib, məktəblilərin vətənərvərlik mövzusunda hazırladıqlar şeirlər və mahnılar səslənib, bayrağımızın şəninə həsr olunmuş bədii kompazisiyalar nümayiş etdirililib.

Şuşa şəhər Dövlət Rəsm Qalereyasında məcburi köçkün uşaqlarının əl işlərindən ibarət sərgisi nümayiş olunub. Sərgidə 30-dan artıq rəsm əsəri təqdim edilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər