Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Fədayənin həbsxanada gördüyü yuxu GERÇƏK ÇIXDI - Doğmasını itirdi

Baxılıb: 347     Tarix: 07-11-2019 11:55   
Fədayənin həbsxanada gördüyü yuxu GERÇƏK ÇIXDI - Doğmasını itirdi

2 il ərzində həbsxanada ən çox yuxuna kim girirdi?

Bu sualla aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil"də azadlığa buraxıldıqdan sonra ilk efiri olan Fədayə Laçına müraciət edib.

Fədayə Laçın həbsxanada ən çox gördüyü yuxuları efirdə dilə gətirib:

"Təzə həbs olunanda ailəm tez-tez yuxuma girirdi. Həmişə də görürdüm nə isə olub - anam xəstələnib, anamın üstünə həkimlər gəlib və yaxud Əlhəmə nəsə olub. Tez xahiş edirdim telefona məni çıxardırdılar. Əlaqə saxlayırdım, deyirdilər ki, hər şey yaxşıdır, salamatçılıqdır. Amma dəfələrlə də olub ki, mən yuxuda görmüşəm, telefona çıxanda məndən gizlədirdilər. Bir neçə gün sonra əlaqə saxlayanda İlahə mənə deyirdi ki, sən necə də hiss edirsən. Məsələn, anam xəstələnmişdi. O yerə çatmışdı ki, üstünə təcili yardım gəlmişdi. Həttta mənim xalam da rəhmətə gedəndə mən Eldənizi (xalası oğlu) yuxuda gördüm. Heç vaxt xalam oğlu Eldəniz mənim yuxuma gəlməyib amma. Dedim Allah xeyir eləsin. Telefona çıxdım demədilər mənə. Sonra mənim yanıma gələndə İlahə o biri bacılarıma dedi ki, "Niyə gizlədək e. Fədayə, xalam rəhmətə gedib". Dedim, gördünüz, mən sizə dedim "Eldənizi yuxuda görmüşəm. Xalam nətəridir?" Belə olurdu yuxularım".

Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu./milli.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər