Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

"Nazpəri Stalindir ki, ondan sitat gətirirlər?" - Qalmaqal

Baxılıb: 364     Tarix: 08-10-2019 16:14   
"Nazpəri Stalindir ki, ondan sitat gətirirlər?" - Qalmaqal
Xalq artisti Nazpəri Dostəliyeva verilişlərin birində qadınlarla bağlı açıqlaması qalmaqala səbəb olub.

"Qızımın olmasını çox istəyərdim. Xasiyyətim pisdir deyə, yəqin ki, Allah verməyib. Qız uşağına qarşı çox qısqancam. Onu bir dəqiqə də nəzarətsiz buraxma. Bəlkə də universitetə getməyə də qoymazdım. Rəfiqələrinin olmasına, gəzməsinə icazə verməzdim”, - deyən müğənninin sözləri müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə onu qadınların təhsil almasına qarşı çıxmaqda ittiham ediblər.

Məsələ ilə bağlı tibb elmləri namizədi Rəşid Mahmudovla əlaqə saxladıq. yenisabah-a R. Mahmudov qadınların oxumağının, savadlı olmasının vacibliyini qeyd edib:

"Bir artist deyibsə, nə olacaq? O, Marksdırmı, Lenindirmi, Engelsdirmi, Stalindirmi ki, ondan sitat gətirirlər? Bu saat oğlanlardan çox qızları oxutmaq lazımdır, qızlar anadır. Uşağa tərbiyə verən, bütün övladları böyüdən də anadır. Ana savadlı olmalıdır ki, övladına tərbiyə verə bilsin, ağıl versin, övladını inkişaf etdirə bilsin. Nə qız, nə oğlan? Gülməli şeylərdir bunlar. Cəmiyyət hara gedir, mən bilmirəm.

Bir onu bilirəm ki, birinci kişilər bilsinlər, bizim bütün millət bilsin ki, qadın savadlı olmalıdır. Ona görə də qadını oxutmaq lazımdır. Necə yəni, qadını oxutmaq olmaz? Nədir, Fatmanisə olacaq qadın? 21-ci əsrdir. Sadəcə ayıbdır. Çox ayıbdır. Onu kim deyirsə, deməli onun özü də oxumayıb.

Demirəm ki, oxumayanlar pisdir. Bizim nənələrimiz, analarımız olub ki, onlar da oxumayıb. Mənim anam da oxumayıb, 6 uşağı olub, kəndçi olub. Amma o savadsız qadın 6 uşağın 6-nı da oxudub, ali təhsil verib. Bunları demək ayıb şeydir. Birinci qızlar oxumalıdır.

Mən buradan millətimə səslənirəm, övladlar içərisində birinci qızları oxutdurun! Qızları savadlı edin, o ana olacaq. Onun savadlı olması millətimizin savadlı olmasıdır. Bizim başımıza nə bəlalar gəlirsə, hamısı savadsızlığımızın ucbatından gəlir. Qızlara ali təhsil vermək lazımdır. Oxumaq üçün hara istəyirsə, qoy oraya getsin. Lap xaricdə oxusunlar, fərq etməz. Ayıbdır. Belə şeyləri heç gündəmə çıxarmaq lazım deyil. Bizim millət bilməlidir ki, qadın kişidən savadlı olar. Kişi fəhlə də işləyə bilər, hər şey ola bilər, amma qadın mütləq savadlı olmalıdır”.

Mövzu ilə bağlı təhsil eksperti, əməkdar müəllim Asif Cahangirovla da əlaqə saxladıq. O, xanım ifaçının səhv dediyini bildirib:

"Bu mənim üçün çox primitiv məsələdir. Bir axmaqlıqdır edib. Bunu sensasiya etmək lazım deyil. Deyib, deyib də, cəhənnəmə desin. Əlbəttə ki, səhv edib. Heç bir şey etməyib ki, bir sözdür də deyib, ağzından çıxıb. Özü də başa düşür ki, səhv edib”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər