Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Qeydiyyatda olmayanların nəzərinə: şəxsiyyət vəsiqəsini belə alacaqsınız

Baxılıb: 3104     Tarix: 05-10-2019 11:48   
Qeydiyyatda olmayanların nəzərinə: şəxsiyyət vəsiqəsini belə alacaqsınız


Ölkə ərazisində heç yerdə qeydiyyatda olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi necə verilir? "Çip”lər nə vaxtdan aktivləşir?

Sumqayitfakt.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi polis mayoru Jalə Nəsibova lent.az-ın yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı suallarını cavablandırıb.

Şöbə rəisi heç yerdə qeydiyyatı olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi prosesinə aydınlıq gətirib:


"Öncə onu qeyd etmək lazımdır ki, vətəndaşlar bir yerdən digər yerə köçdükdə məhkəmə qərarı olmadan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmır. Ancaq məhkəmənin qərarı ilə vətəndaşı icra hakimiyyəti qeydiyyatdan çıxara bilər. Bu zaman həmin vətəndaş şəxsiyyət vəsiqəsi almaqdan ötrü inzibati qeydiyyata düşməsi üçün polis bölməsinə müraciət etməlidir. Buna görə də vətəndaşlar bir yerdən başqa yerə köçdükdən sonra yeni yaşayış yerində qeydiyyata alınmasalar da, əvvəlki qeydiyyat əsasında onlara şəxsiyyət vəsiqəsi verilir. Əgər yeni yaşayış yerində qeydiyyata düşərsə, yaxınlıqda olan polis bölməsinə və ya "Asan Xidmət” mərkəzinə müraciət edərək, "çip”də qeydiyyat sahəsini dəyişə bilər. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi əldə etməsi isə səfirliklərin müraciəti əsasında gerçəkləşir. "Çip”lər şəxsiyyət vəsiqəsi verildiyi andan, vətəndaşın barmaq izi təsdiq olunduqdan sonra aktiv edilir”.

Qeyd edək ki, Azərbaycanda ötən il sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlanılıb. Vəsiqələrə əlavə olunan "çip”lər vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcıdır. Yeni vəsiqələr 6 dövlət qurumunun (Ədliyyə, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri, Əmlak Məsələləri Dövlət Komitəsi) məlumatları əsasında hazırlanır.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər