Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Azərbaycan Yazıçılar Birliyində sədr müavini postu ləğv ediləcək

Baxılıb: 335     Tarix: 12-09-2019 13:08   
Azərbaycan Yazıçılar Birliyində sədr müavini postu ləğv ediləcək


"Azərbaycan Yazıçılar Birliyində (AYB) sədr müavini ştatı ləğv olunur”.

Sumqayitfakt.Az xəbər verir ki, bunu apa-ya AYB-nin təşkilati məsələlər üzrə katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

"Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov vəfat edəndən sonra belə qərara gəldik ki, AYB sədrinin müavini postu ləğv edilsin”, - Ç. Abdullayev vurğulayıb.

O AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinin təşkilatın tərkibindəki Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğluna həvalə edildiyini də diqqətə çatdırıb: "Səlim Babullaoğlu həm AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həm də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri olacaq”.

Qeyd edək ki, AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri şair Abbas Abdulla bu yaxında vəfat edib.

10.53

"Çingiz müəllimin dediyinə görə, Abbas Abdulla dünyasını dəyişən kimi onun ştatı ləğv olunub".

Bu sözləri tanınmış tərcüməçi Sevil Gültən deyib. O, Abbas Abdulla dünyasını dəyişəndən sonra həmin vəzifədə - Beynəlxalq əlaqələr şöbəsinin müdiri işində çalışmaq üçün Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevə müraciət edib:

"Abbas Abdulla AYB-da işləyirdi. Allah ona rəhmət eləsin. Beynəlxalq əlaqələr şöbəsinin müdiri idi. Bu gün Çingiz Abdullayevə deyirəm ki, nə olar, onun işini mənə verəsiniz, mən də bu hökumətdən maaş alım. Necə deyərlər "Yetim əlində qoğal əcayib?”. Çingiz müəllimin dediyinə görə, Abbas Abdulla dünyasını dəyişən kimi onun ştatı ləğv olunub. Nədənsə ləğv olunma məsələsi mənə müəmmalı göründü. Onun işini könüllü olaraq Səlim Babullaoğlu icra edəcək. Burdan Çingiz müəllimə ünvanlayıram sözümü: Səlim Babullaoğlunun AYB–də başqa bir işi var axı. O işi tapşırın mənə, könüllü işləyim. Beynəlxalq şöbənin müdiri işləyən şəxs heç olmasa beynəlxalq dil olan ingilis dilini bilməldir. Səlim Babullaoğlu ingilis dilini bilirmi? Yoxsa bu şöbədə işləmək üçün ingilis dili bilənə yox, bir əldə dörd qarpız tutmağı bacaranlara üstünlük verilir?”

Sevil Gültən sonda qeyd edib: "Görəsən rəhmətlik Nazim İbrahimovun da ştatı ləğb olunub? Ləğv olunmayıbsa, görəsən onu kim əvəz edəcək? Güman edirəm, o ştata da Səlim Babullaoğlunun dost-tanışlarınıdan birini, səfər yoldaşını təyin edərlər!”

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər