Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Azərbaycan bazarına dəvə əti çıxarılacaq? - Ərəb turistlərə satılacaq qida

Baxılıb: 341     Tarix: 07-09-2019 14:18   
Azərbaycan bazarına dəvə əti çıxarılacaq? - Ərəb turistlərə satılacaq qida
Avropa İttifaqı (Aİ) Tədqiqat və Innovasiya üzrə Tərəfdaşlıq (PRİMA) layihəsi çərçivəsində Azərbaycanda dəvəçiliyin inkişaf etdirilməsi üçün pul ayırıb.

Sumqayitfakt.Az xəbər verir ki, ümumi büdcəsi 2 milyon avro olan layihəyə Fransa, Almaniya, İtaliya, Xorvatiya, Türkiyə, Azərbaycan və Kanar adaları daxil edilib. 3 il davam edəcək və 2 milyon avro büdcəsi olan layihə çərçivəsində Türkiyədə dəyəri 375 min avro olan Aydının İncirliova mahalında dəvə ferması salınıb. Azərbaycanda da büdcəsi 250 min avro olan dəvə fermasının açılması gözlənilir. Dəvə südünün litri Türkiyədən xaricə 100 lirəyə (30 manat) satılır. Azərbaycanda isə fərdi dəvəçilik təsərrüfatı ilə məşğul olan şəxslər dəvə ətinin kilosunu 20 AZN-dən başlayan qiymətlə təklif edirlər.

Maraqlıdır ki, Azərbaycanda dəvəçilik inkişaf edərsə, bazarda dəvə əti digər tələrə alternativ ola bilərmi?

Cebhe.info-ya açıqlama verən “Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov dəvə ətinin əsasən Azərbaycana gələn ərəb turistlərə satıla biləcəyini deyib:

“Azərbaycan bazarlarında hazırda dəvə əti satılmır. Coratda guya dəvə qutabı verirlər, bu da nə dərəcədə doğrudur, heç kim bilmir. Bunu AQTA daha yaxşı bilər. Çünki istənilən qida istehsalçısı AQTA-da reysterdə qeydiyyatdadır. Əgər Azərbaycanda dəvəçilik inkişaf etdirilərsə, bazarda çox az miqdarda dəvə əti satışa çıxarıla bilər. Lakin ərəb turistlərin Azərbaycana gəldiyi bir şəraitdə belə hesab etmək olar ki, 8 il əvvəllə müqayisədə dəvə ətinə tələbat 40% artar. Bunu yalnız ərəb turistlərinin Azərbaycana gəlişi ilə bağlamaq olar”.cebhe.info

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər