Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Deputat oğlunun banka borcundan danışdı: “Məbləğin neçə faiz ödənilməsi…”

Baxılıb: 482     Tarix: 07-09-2019 12:35   
Deputat oğlunun banka borcundan danışdı: “Məbləğin neçə faiz ödənilməsi…”

Ötən gün millət vəkili Fəzail Ağamalının oğlunun kredit mübahisəsinə görə məhkəməyə verildiyi barədə xəbər yayılıb.

Sumqayitfakt.Az xəbər verir ki, Elçin Ağamalıya qarşı iddia "PAŞA Bank" tərəfindən qaldırılıb. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı “Altus” MMC, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır. İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə - İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələrdir.

Deputat Fəzail Ağamalı mübahisəli məsələ ilə bağlı modern.az-a danışıb.

“Ortada heç bir məhkəmə işi yoxdur. Sadəcə olaraq şirkətin bağlı xırda bir ödəməyə ehtiyac qalıb. Məbləğin neçə faiz ödənilməsi, nə qədər borc qaldığı ekspertlər müəyyənləşdirməlidir. Bu da oğlumla bağlı məsələ deyil. Ondan əvvəl icraçı direktor olan şəxsin nöqsanlarıdır. Oğlum da məsələni öz öhdəliyinə götürüb həll edir”.

Haqqında iddia olan şəxs, Elçin Ağamalı bildirib ki, ona məxsus "Altus" MMC 2015-ci ildə baş verən devalvasiyadan sonra çətin iqtisadi duruma düşüb: "Həmin vaxt şirkətə rəhbərlik edən direktor devalvasiyadan keçən müddət ərzində şirkətin işlərini sağlamlaşdırmaq və yaxşılaşdırmaq istiqamətində çabalarına baxmayaraq problemləri tam şəkildə həll edə bilməmişdi. Nəticədə şirkətimizin "PAŞA Bank"a müəyyən məbləğdə borcları qalmışdı".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər