Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Deputatdan ETİRAF: Bunu ən çox imkanlı şəxslər edir, qanun tam gücü ilə işləmir

Baxılıb: 574     Tarix: 07-09-2019 10:12   
Deputatdan ETİRAF: Bunu ən çox imkanlı şəxslər edir, qanun tam gücü ilə işləmir

Son vaxtlar Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlə bağlı həyacan təbili çalmaqdadır. Çünki insan sağlamlığı üçün ziyanlı olan elektron siqaretdən istifadə edənlərin sayı gündən-günə artır.

Artıq məsələnin ciddiliyini nəzərə alan bir çox ölkələr bununla bağlı müəyyən tədbirlər görməyə başlayıb. İlk olaraq ABŞ-ın Miçiqan ştatında elektron siqaretlərə qadağa qoyulub. Həmçinin, elektron siqaretlərin pərakəndə və onlayn satışına da altı ay müddətinə icazə verilməməsi ilə bağlı qərar qəbul edilib.

Azərbaycanda da elektron siqaretlərin qadağan edilməsi gündəmə gələ bilərmi?

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib ki, Azərbaycanda elektron siqaretdən istifadə edənlər imkanlı, yuxarı təbəqənin adamları, özünü cəmiyyətdə göstərmək istəyənlərdir.

"Təəssüf ki, ölkəmizdə bu, dəb halını alıb. Amma yaxşı nümunə deyil. Azərbaycanda tütünün istifadəsini məhdudlaşdırmaq haqqında qəbul olunan qanunda elektron siqaretlər də adi siqaretlər və digər tütün məmulatları ilə bərabər tutulur.

Onların qapalı məkanlarda çəkilməsi qadağan edilib. Amma hələlik elektron siqaretin tam ləğvi gözlənilmir. Müəyyən maarifləndirmə işi aparıldıqdan sonra bu barədə danışmaq olar.

Etiraf etmək lazımdır ki, qəbul edilən qanun da tam gücü ilə işləmir. Kifayət qədər nəzarət yoxdur. Qanunun tam işləməsi üçün vaxt lazımdır".

Deputat deyib ki, hazırda elektron siqaret və sulu qəlyan Azərbaycanda çox geniş yayılıb.

"Elektron siqaretin tərkibində nikotinin olmadığını deyənlər yanılır. Alışqanlıq yaratması məhz tərkibində nikotinin olması ilə bağlıdır. Onun da yanma məhsulu digər tütün məmulatları kimi kanserogen maddələr, bu isə öz növbəsində insanlarda xərçəng, tənəffüs yolları xəstəlikləri yaradır".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər