Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Deputatın oğlu PAŞA Bank-a borcludur…

Baxılıb: 346     Tarix: 06-09-2019 19:47   
Deputatın oğlu PAŞA Bank-a borcludur…
Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı bank kreditlərinin qaytarılmamasına görə məhkəməyə verilib.

Sumqayitfakt.Az bildirir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Adilovanın sədrliyi ilə PAŞA Bank-ın Altus MMC-yə, habelə Elçin Ağamalı, Ülvi Bayramova və Suğra İmanovaya qarşı qaldırdığı iddiaya baxılır.

Elçin Ağamalı fed.az-a müsahibəsində manatın devalvasiyasından sonra Altus şirkətinin maliyyə problemləri ilə üzləşdiyini qeyd edərək məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, borcun çox hissəsi artıq bankla ödənilib və tezliklə kredit borcu tam ödəniləcək.

Borcun məbləği və şirkətin fəaliyyət sferası açıqlanmır, ancaq məlumdur ki, o avrozonası ölkələri ilə ticarət əməliyyatları aparır.

Kredit manatla götürülüb, amma baş verən devalvasiya şirkətə onu qaytarmağa imkan verməyib.

Millət vəkilinin oğlu qeyd edib ki, şirkətin iqtisadi problemlərini həll etmək üçün 2019-cu ilin yanvar ayından etibarən o, müdir vəzifəsini icra edir.

Elçin Ağamalı bildirib ki, ötən müddət ərzində şirkətin fəaliyyətinin yaxşılaşdırılması, sağlamaşdırılması və yenidən gəlirlə işləyə biləcək səviyyəyə çıxması üçün çox işlər görüblər, problemlərin böyük əksəriyyətini həll ediblər. Nəticədə banka olan kredit borcunun bir qismi də ödənilib: “PAŞA Bank-ın məhkəməyə müraciətindən əvvəl də, sonra da borcların bir qismi ödənilib. Qalan borcla bağlı məbləğ dəqiqləşdirilir. Borc dəqiqləşdirildikdən sonra qalan məbləğ də tam ödəniləcək”.virtualaz.org

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər