Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Qurban ətini satmaq olar? - İlahiyyatçıdan QEYRİ-ADİ CAVAB

Baxılıb: 475     Tarix: 12-08-2019 17:05   
Qurban ətini satmaq olar? - İlahiyyatçıdan QEYRİ-ADİ CAVAB

Qurban bayramında bəzi bölgələrdə qurbanlıq ətin satılması kimi halla qarşılaşmaq mümkündür.

Xüsusən də qurban kəsməyən şəxslər ət mağazalarından "qurbanlıq ət" adı altında satılan ətlərdən alırlar. Burada məqsəd sırf evdən qurban ətindən bişirilə yeməyin iyinin çıxmasıdır. Daha çox bölgələrdə yaşanan bu vəziyyətə münasibət isə birmənalı deyil.

Maraqlıdır ki, qurbanlıq ətin pulla satılması doğrudurmu?

Sumqayitfakt.Az bildirir ki, məsələ ilə bağlı ilahiyyatçı Hacı Surxay Məmmədli redaktor.az-a açıqlamasında qəssabların "qurban əti" adı altında ət satmasının doğru addım olmadığını deyib:

"Qurban insanın Allaha yaxın olması, onun razılığını qazanmaq məqsədilə etdiyi xeyir əməldir. "Qurban" sözünün mənası "Allaha yaxınlaşmaq" deməkdir. Yəni, Qurban bayramında sosial yardımlaşma və paylaşma anlayışı var. Hər qurbanlıqda Allah rizası olmalıdır. Bütün dini ayinlərin icrası Allaha yaxınlaşmaq məqsədi daşıyır. O cümlədən, Qurban bayramı bir ibadətdir. Qurbanlıq insanın gücü miqdarında olmalıdır. Yəni, bəndənin bir qoyun, keçi, dəvə və ya inək kəsmək iqtidarı varsa, qurban alıb kəsməlidir. Qurban payı 3 yerə bölünür. Bu paylar insanın öz ailəsinə, qonşulara və ehtiyacı olan ailələrə və nəhayət bacı-qardaşa verilir. İnsanın bazardan aldığı ət qurban əti sayılmır".

İlahiyyatçı vurğulayıb ki, qurbana xüsusi dua oxumaq və ona şərik olmaq zəruridir:

"Heyvan kəsilmədən öncə onun bəslənməsi və qulluq edilməsi qurbanlıq niyyəti ilə edilməlidir. Qurban bayramında xüsusən də ehtiyacı olanlara qurban əti verilməlidir. Peyğəmbər (s.ə.s) adətən iki qurban kəsərdi. Onlardan biri özü, digəri isə ehtiyacı olan insanlar üçün olurdu. Bütün hallarda isə qurban əti satılmamalıdır".

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər