Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

İldırım vuran adamın bədənində nə baş verir? - Həkim açıqladı

Baxılıb: 341     Tarix: 10-08-2019 09:50   
İldırım vuran adamın bədənində nə baş verir? - Həkim açıqladı
“"İldırımlar maşınları vurmaz, çünki təkərlər rezindir" fikri doğru deyil. Düzdür ki, avtomobil metal karkası fizikada Faraday qəfəs kimi ildırıma qarşı müqavimət göstərir. Elektriki maşının üzərində yayır və yerə oturur. Maşında olarkən ildırım çaxırsa, metal hissələrə toxunmayın. Amma çox güclü elektrikdə təkərlər və rezinin keçiriciliyi daha da artır. İldırımın elektriki metal hissələrə paylandıqdan sonra təkərlər vasitəsilə yerə ötürülür. Yəni ildırım çaxan zaman təkərlər, rezin ayaqqabılar, məsələn, qaloş sizi ildırımdan qoruya bilməz”.

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Mütəxəssis daha sonra ildırımın tibbi tərəflərini açıqlayıb. O, bildirib ki, ildırım vurması həm böyüklərdə, həm də uşaqlarda ürək fəaliyyəti asistoliya tipində dayanır:

“Xatırladım ki, ürək fəaliyyəti dayanmasının EKG də 4 tipi var:

1. Asistoliya

2. Mədəcik fibrillyasiyası (VF)

3. Mədəcik taxikardiyası (VT)

ƏTRAFLI
REKLAM
4. Nəbzsiz elektrik aktivliyi

Bunlardan 2-si yeni VF və VT yardımlar zamanı defibrillyatorun istifadəsini tələb edir.

İldırımın elektriki sabit cərəyan olduğu üçün o, asistoliya tipində ürəyi dayandırır. Bu o deməkdir ki, təcili yardım göstərdikdə ürək masajı və süni tənəffüs verməlisiniz, ürək fəaliyyəti bərpa olana qədər hər 3 dəqiqədən bir venaya adrenalin vurmalısınız. Amma defibrillyasiya etməyə ehtiyac yoxdur. İldirimdan yaranan ürək dayanması zamanı defibrillyasiya (el arasında ütü, şok) etsəniz, əksinə xəstənin həyatda qalma şansı azalar.

Evdə olan 220V isə dəyişən cərəyandır və ürəkdə fibrillyasiya (VF) yaradır. Həmin vaxt ürək masajı, süni tənəffüs və adrenalin edirsiz. Buna kardiopulmonar resuskitasiya – ürək ağciyər reanimasiyası deyilir. Təcili yardım briqadası və defibrillyator gələn kimi defibrillyasiya etmək lazımdır.

Elektrik travması zamanı xəstənin torpağa basdırılması mifdir, əksinə vaxt itkisidir və elektrik yarasının torpaqla çirklənməsi daha da işləri çətinləşdirə bilər. Elektrotravma zamanı xəstə həyatda qalarsa, 3 gün ərzində ürək ritminin pozulması baş verə bilər, odur ki, xəstə 3 gün həkim nəzarəti altında saxlanılmalıdır”.publika.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər