Xəbər xətti

21-07-2019

Yazarlar





Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Mərkəzi Bank 10 manatlıq əskinaslarla bağlı problemə aydınlıq gətirdi - AÇIQLAMA

Baxılıb: 251     Tarix: 11-07-2019 19:53   
Mərkəzi Bank 10 manatlıq əskinaslarla bağlı problemə aydınlıq gətirdi - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, yeni onluq əskinasların istifadəsində problem yaranıb. Belə ki, bir çox bankomatlar və ödəmə terminalları hələ də yeni əskinasları tanımadığı üçün istifadəçilər onları banklarda dəyişmək məcburiyyətində qalır. İctimai nəqliyyatda sürücülər də onu götürməkdən çəkinir və köhnə 10-luq əskinasları tələb edir.

Sumqayitfakt.Az xəbər verir ki, Mərkəzi Bankdan "Yeni Sabah"-ın problemlə bağlı sorğusuna cavab olaraq bildirilib ki, yeni onluq əskinas məhdudiyyətsiz istifadə olunmalıdır:

"Azərbaycan Mərkəzi Bankı tərəfindən cari ilin aprel ayında nağd ödəniş avadanlıqlarında milli pul nişanlarının qəbulu, eləcə də tədavülə buraxılmış yeni 10 manatlıq pul nişanlarının nağd ödəniş avadanlıqlarında adaptasiyası barədə ictimaiyyət məlumatlandırılıb. Bir daha bildirmək istərdik ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı Haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36.3 bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir”.

Açıqlamada o da qeyd olunub ki, avadanlıqların yeni pul nişanına adaptasiyası müəyyən müddət tələb edə bilər:

"Yenilənmiş 10 manatlıq hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədədir. Nağd ödəniş avadanlıqlarının yenilənmiş 10 manatlıq pul nişanlarını qəbulu ilə əlaqədar bildirmək istərdik ki, hazırda ölkədə kredit təşkilatlarına və qeyri-bank ödəniş təşkilatlarına məxsus 8 minə yaxın ödəniş avadanlıqları mövcuddur və bu avadanlıqların adaptasiyası müəyyən müddət tələb edir. Kredit təşkilatları və qeyri-bank ödəniş təşkilatlarından verilən məlumata görə hazırda istismarda olan nağd ödəniş avadanlıqlarının böyük əksəriyyətinin adaptasiyası həyata keçirilmiş, bu avadanlıqlar tərəfindən yenilənmiş 10 manatlıq pul nişanları qəbul edilir və verilir. Eyni zamanda, verilən məlumata əsasən qalan avadanlıqların da adaptasiya prosesləri də yaxın vaxtlarda tam yekunlaşacaq”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər