Xəbər xətti

21-07-2019

Yazarlar





Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 3139     Tarix: 09-07-2019 10:22   
Sumqayıtda “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir keçirilib - ŞƏKİLLƏR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi yay istirahəti müddətində uşaqların və gənclərin asudə vaxtının təşkili məqsədilə bir sıra tədbirlər keçirir.

Kitabxanada gənclərin mənəvi tərbiyəsi, pis vərdişlərdən uzaqlaşması məqsədilə “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir keçirilib.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, tədbirin aparıcısı Zibeydə Məmmədova oxuculara mövzu ilə bağlı məlumat verərək bildirib ki, “narkomaniya insanın səhhətini və mənəviyyatını təhlükədə qoymaqla yanaşı bəşəriyyətin yaratdığı sivilizasiya üçün təhlükə törədir. Narkomaniyaya düçar olmuş şəxs psixi cəhətdən normal qala bilmir, özünün ən yaxşı mənəvi xüsusiyyətlərini məhv edərək yaddaşını, dostlarını və ailəsini itirir, cinayətkar aləmə cəlb olunur, ətrafdakılara bəlalar gətirir və nəhayət özünü cismani cəhətdən məhv edir. Biz hamılıqla insanları, xüsusilə də gənclərimizi bu xoşagəlməz vərdişlərdən uzaqlaşdırmağa və genefondumuzu yad təsirlərdən qorumağa çalışmalıyıq”.

Sonra oxucuların mövzuya dair çıxışları, “Ağ ölüm”ün zülmət yolu”, “Narkomaniya və cəmiyyət”, “Ağ ölüm”ün qara ləkəsi”, “Narkomaniya və onun fəsadları” adlı mühazirələr dinlənilib, oxucular öz fikir və düşüncələrini bölüşüblər.

Sonda zibeydə məmmədova oxucuları kitabxananın fondunda mövzu ilə bağlı ədəbiyyatlar və dövrü mətbuat materialları ilə tanış edib, oxucuların suallarını cavablandırıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər