Xəbər xətti

17-07-2019

Yazarlar




Namiq Dəlidağlı

Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıt gənclərinin "Yay məktəbi" başladı

Baxılıb: 381     Tarix: 08-07-2019 11:15   
Sumqayıt gənclərinin "Yay məktəbi" başladı

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt gənclərinin Quba rayonunda “Yay məktəbi”nə start verilmişdir.

Məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrası, şəhərin 70 illik yubileyinin layiqincə qeyd edilməsi, gənclərə milli-vətənpərvərlik hisslərini aşılanması, ölkəmizin bölgələrini tanımaları və asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir. Həmçinin “Yay Məktəbi”nin cari ildə də təşkil olunması barəsində şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun 16 mart 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində gənclərlə görüşündə müraciət səsləndirilmiş və müsbət qarşılanmışdır.

Sumqayitfakt.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzində “Yay məktəbi”nin ilk turunun açılış mərasimində Baş İdarənin rəisi Elgün Hümbətov çıxış edərək Ölkə Başçısının, şəhər rəhbərliyinin, Gənclər və İdman Nazirliyinin gənclərimizə göstərdiyi diqqət və qayğıdan danışmış, yay məktəbinin məqsəd və vəzifələri, təhlükəsizlik qaydaları barədə iştirakçılara məlumat vermiş, layihənin gənclərin bilik və bacarıqlarının, artırılmasına təcrübə mübadiləsinə, dostluq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd etmişlər. Yay məktəbinin iştirakçıları layihənin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilində göstərdiyi köməkliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişlər.

“Yay Məktəbi”nin ilk turunda şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər, müxtəlif yarış, müsabiqə, festival qalibləri, Sumqayıt “Asan” Xidmət və Qızıl Aypara Cəmiyyətinin şəhər bölməsinin fəal gənc üzvləri iştirak etmişlər.

Azərbaycanın qədim bölgələrindən olan Quba rayonunda təşkil olunan “Yay Məktəbi”nin iştirakçıları Quba rayonun əsrarəngiz təbiəti ilə tanış olmuş, “Mənzərə” düşərgəsində isə gənclər arasında intelektual, əyləncəli oyunlar və təlim təşkil edilmiş, yemək və çay fasilələri təşkil edilmişdir.









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər