Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda “Bütöv Azərbaycan” adlı tədbir keçirildi - ŞƏKİLLƏR

Baxılıb: 371     Tarix: 12-06-2019 18:47   
Sumqayıtda “Bütöv Azərbaycan” adlı tədbir keçirildi - ŞƏKİLLƏR

Bu gün Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü”nə həsr edilmiş “Bütöv Azərbaycan” adlı dəyirmi masa keçirilmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, iştirakçılar ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, sonra Mərkəzin foyesində Ulu Öndərin Azərbaycan uğrunda xilaskarlıq missiyasından bəhs edən filmi izləmişlər. Dəyirmi masa zalında davam edən tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən, Azərbaycan dövlətinin siyasi, iqtisadi əsaslarını yaratdığından, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallaşdırdığından, fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrildiyindən danışmışdır. Natiq həmçinin çıxışında Heydər Əliyevin Sumqayıt şəhərinə səfərlərindən, bu səfərlərin tarixi izlərindən, bütün sahələrdə canlanmaya və hər tərəfli inkişafa səbəb olduğundan danışmışdır.

Digər çıxış edənlər Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadə, Sumqayıt “ASAN xidmət” mərkəzinin əməkdaşı Nigar Qocayeva, 31 saylı tam orta məktəbin tarix müəllimi Raqif Şirinov, Gənclər Evinin direktoru Pəri Vəliyeva Ümummilli Liderin fəaliyyətinin xalqın, dövlətin mənafeyinə xidmət etdiyini, Azərbaycanın bütövlüyü uğrunda fədakarlıqla çalışdığını və bu gün hər bir Azərbaycan gənci Ulu Öndər Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmalı olduğunu, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin əbədi yaşaması üçün ona dəstək olmağın vacibliyini bildirdilər.








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər