Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda şair Güloğlan Dünya ilə görüş keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 2111     Tarix: 12-06-2019 18:18   
Sumqayıtda şair Güloğlan Dünya ilə görüş keçirilib
Sumqayıtda ”Dəlidağ”, “Dan yeri” Ədəbi Birliklərinin və “Çeşmə” Ədəbi Məclisinin növbəti müştərək tədbiri keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, Sumqayıtın 70 illik yubileyi münasibətilə nəzərdə tutulan və davamlı reallaşdırılan silsilə tədbirlər layihəsinə daxil olan bu dəfəki tədbir şair Güloğlan Dünyanın yaradıcılığına həsr olunub. Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt Təşkilatının ofisi və “Möhtəşəm Azərbaycan” qəzetinin redaksiyasında baş tutan görüşü giriş sözü ilə “Dan yeri” Ədəbi Birliyinin sədri Rafiq Oday açaraq tədbirin mahiyyətindən danışdı. Natiq Güloğlan Dünyanın həyat və yaradıcılığından bəhs edən geniş çıxışı ilə ötən illərə nəzər saldı. Qeyd etdi ki, bu il həm də G.Dünyanın 70 yaşı tamam olur. R. Oday sonra sözü “Dəlidağ” Ədəbi Birliyinin sədri Namiq Dəlidağlıya verdi. Birlik sədri tədbir haqqında öz fikirlərini söylədi, yubilyarı təbrik etdi. Bildirdi ki, şəhərlə həmyaşıd olan şairlə görüşün keçirilməsi çox xoş haldır və təsadüfi deyil. Sonra söz səbəbkara verildi. G.Dünya qonaqları salamladı, yubiley ərəfəsində görüşünün keçirilməsindən çox məmnun olduğunu və bunu yubileyinə bir hədiyyə kimi qəbul etdiyini vurğuladı. Daha sonra şair öz şeirlərini səsləndirərək audutoriyanın müzakirəsinə verdi. Tədbirdə şairlərdən Firdovsi Cəfərxan, Sabir Yusifoğlu, Süleyman Sərraf, Polad Sabirli, Xürrəm Qafanlı, Nizami Kolanlı, Nisə Qədirova, Sevinc Qərib, Lilpar Cəmşidqızı, Sevinc Murad, gənc qiraətçi- şair Əliyar Fədai səslənən şeirlər haqqında öz fikir və rəylərini bildirdilər. Jurnalistlərdən Zümrüd Baloğlanova, Mərcan Sabirqızı, Natiq İsmayıloğlu, Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Eldar Hüseynov və başqaları müzakirəyə qoşularaq çıxışlarında yubilyarı təbrik etməyi də unutmadılar.
Sonda G.Dünya belə görüşlərin keçirilməsinin həm qələm adamları, həm də oxucular üçün əhəmiyyətli olduğunu qeyd etdi, görüşün təşəbbüs və təşkilatçılarına, tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Xatirə şəkilləri çəkildi.

Sumqayitfakt.Az
















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər