Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Sumqayıtın "dahi uşaqları"nın olimpiadası keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 258     Tarix: 11-06-2019 16:55   
Sumqayıtın "dahi uşaqları"nın olimpiadası keçirilib - ŞƏKİLLƏR

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhərin 70 illiyinə həsr edilmiş "TİAMO 2019 mega-beyin” olimpiadası keçirilib. Bu, "TİAMO Kids Dahi Uşaqlar" Mərkəzinin Azərbaycan üzrə keçirdiyi IV olimpiadadır.

Sumqayitfakt.Az-ın məlumatına görə, "TİAMO kids” mərkəzinin Azərbaycan üzrə nümayəndəsi İradə Xəlilova olimpiadanı açaraq, ilk növbədə xalqımızın ümummilli liderinin adını daşıyan gözəl bir Mərkəzdə "TİAMO kids”in azyaşlı istedadlı uşaqlarla bağlı tədbir keçirməsinə şərait yaratdığına, onların qeyri-adi bacarıqlarının üzə çıxarılmasına dəstək olduğuna, xalqın gələcəyi olan balaların təhsilinə verdiyi böyük dəyərə, göstərdiyi qayğıya görə şəhər rəhbərliyinə təşəkkür etmişdir.

"Dahi uşaqlar" yetişdirən mərkəzin direktoru azyaşlı istedadlar və onların iştirak etdiyi yarış barədə geniş məlumat verərək, bildirib ki, "Tiamo" sözünün mənası “Türk İlköğrətim Abaküs Matematik Okulu” deməkdir. "Beynin gimnastikası" adlandırılan proqramın əsas məqsədi uşaqların hələ erkən yaşlarından sağ və sol beyin yarımkürələrinin potensialından istifadə olunaraq, onlarda güclü yaddaşın yaradılmasıdır.

Mərkəzdə fəaliyyət göstərən “Məktəbəqədər hazırlıq” kurslarında riyaziyyat, Ana dili, həyat bilgisi, məntiq, ingilis dili ilə yanaşı "Mental aritmetik" proqramı da tədris edilir. Xüsusilə əhəmiyyətlidir ki, proqram eyni zamanda diqqət dağınıqlığını da aradan qaldırır.

Mərkəzin rəhbəri İradə xanım "Tiamo uşaqları"nda riyazi və məntiqi təfəkkür, qavrama, dərketmə, analiz və sintez etmə, fikri cəmləmə və s. kimi bacarıqların, liderlik kimi qabiliyyətlərin sürətlə inkişaf etdiyi üçün bu proqramı tam bitirmiş uşaqların dərslərdə müvəffəqiyyət faizinin digərlərinə nisbətən qat-qat üstün olduğunu diqqətə çatdırıb. Belə ki, 5 yaşlı uşaqlar sərbəst yazmaq, dəqiqədə 60-100 söz oxumaqla bərabər, 2-3 mərhələli riyazi və məntiqi məsələləri asanlıqla həll edir, ingilis dilindən 300-dən artıq söz bilirlər. "TİAMO" proqramı sayəsində öyrəndiklərini asanlıqla mənimsəyən bu uşaqlar gələcəyin alimləri, həkimləri, mühəndisləri, istehsalat rəhbərləri ola biləcəklər.

Bildirilmişdir ki, "Tiamo" Şirkəti Azərbaycanda 2012-ci ildən fəaliyyətə başlayıb. Onun Sumqayıtdakı Mərkəzinin müxtəlif televiziya kanallarında azyaşlı uşaqların iştirakı ilə dəfələrlə maraqlı çıxışları olub. 2014-2015 ci illərdə Bakı şəhərində 2 Olimpiada keçirilib. 2018-ci ildə Sumqayıt şəhərində “Cümhuriyyətin 100 illiyi”nə həsr edilmiş Olimpiada Azərbaycanda ilk dəfə olaraq 5 yaşlı uşaqlar arasında keçirilmişdir.

Sayca 4-cü olan Olimpiadaya start verildikdən sonra bilik yarışı iki saat yarım ərzində 3 yaş qrupu üzrə keçirilib. Olimpiadada 42 uşaq iştirak edib. I qrup (məktəbəqədər hazırlıq proqramında təhsil alan 5 yaşlı uşaqlar) 20-dək rəqəmlər diapazonunda, II qrup (6 -10 yaş arası uşaqlar) 2-3 rəqəmli, III qrup -5 il əvvəl kursları bitirən məzunlar isə 4-5 rəqəmli ədədlərdən ibarət 150 misalı qısa vaxt ərzində hesablaya biliblər. Yarışın şərtlərinə görə hər mərhələ bir dəfə təkrarlanırb və hər düz cavab alan uşağa bir kart verilib. Nəticədə "Ən güclü beyin” mükafatını kartı çox olan uşaqlar qazanıb.

Qalib uşaqlar hər qrup üzrə kubok, medal, plaket, sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar. Mükafatlandırma mərasimində bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd uşaqların dünyagörüşünə, intellektual səviyyələrinin inkişafına böyük təsir göstərərək, onların sosiallaşması prosesini təmin etməkdir.

Mükafatlandırma mərasimi şəhərin yetirmələri olan ziyalıların - elm, təhsil, mətbuat, ictimai təşkilat nümayəndələrinin, şair və yazıçıların iştirakı ilə keçirilib, şou-proqramla davam etdirilib.

Qaliblər təxminən 10 gün sonra - 22-23 iyunda Türkiyənin Antalya şəhərində müxtəlif ölkələrdən olan 1000 uşağın iştirakı ilə keçiriləcək Beynəlxalq Olimpiadada Azərbaycanı uğurla təmsil edəcək, vətənə kubok və medallarla dönəcəklər.

Turan XƏLİLOV









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər